...

Paraqvay Senatının sədri: Qlobal Bakı Forumu Azərbaycanı, o cümlədən regionu tanımaq üçün fundamental platformadır (FOTO)

Siyasət Materials 16 Mart 2018 17:06 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Paraqvay Senatının sədrini qəbul edib
Paraqvay Senatının sədri: Qlobal Bakı Forumu Azərbaycanı, o cümlədən regionu tanımaq üçün fundamental platformadır (FOTO)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən VI Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Paraqvay Senatının sədri Fernando Luqo Mendezi qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycana səfərindən və V Qlobal Bakı Forumda iştirakından, eyni zamanda keçirilmiş ikitərəfli görüşlərdən məmnunluq duyan F.L.Mendez Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə məhsuldar fikir mübadiləsi aparıldığını bildirib.

Habelə, qonaq sözügedən forumun Azərbaycanı, o cümlədən regionu tanımaq, həmçinin Azərbaycan və Paraqvay münasibətlərinin gələcək perspektivləri barədə düşünmək üçün fundamental platforma olduğunu qeyd edib.

Görüşdə Azərbaycan və Paraqvay arasında əlaqələrin inkişaf etdirilməsi üçün hər iki ölkənin geniş potensiala malik olduğu vurğulanıb. Bu xüsusda, parlament diplomatiyasının, o cümlədən hər iki ölkənin parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərin həyata keçirilməsinin, iki ölkənin XİN-lərarası siyasi məsləhətləşmələrin təşkilinin əhəmiyyəti qeyd edilib.

E.Məmmədyarov 10 sentyabr 2015-ci il və 25 oktyabr 2017-ci ildə Paraqvay Milli Konqresinin Deputatlar Palatası tərəfindən Xocalı soyqırımı ilə əlaqədar bəyanatların qəbul edilməsi və bu faciənin qurbanları ilə həmrəyləyin ifadə olunmasına görə Paraqvay Milli Konqresinə təşəkkürünü ifadə edib.

Görüşdə regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.

http://www.mfa.gov.az/az/news/909/5550

Məqalədə:
Xəbər lenti

Xəbər lenti