...

Nazir müavini: Səhhəti ilə əlaqədar tibb müəssisələrində olan seçicilərin səs verməsi üçün lazımi şərait yaradılıb

Siyasət Materials 23 Mart 2018 11:47 (UTC +04:00)
Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində səhhəti ilə əlaqədar tibb müəssisələrində olan seçicilərin səs verməsi üçün lazımi şərait yaradılıb.
Nazir müavini: Səhhəti ilə əlaqədar tibb müəssisələrində olan seçicilərin səs verməsi üçün lazımi şərait yaradılıb

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində səhhəti ilə əlaqədar tibb müəssisələrində olan seçicilərin səs verməsi üçün lazımi şərait yaradılıb.

Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev “Səhhəti ilə əlaqədar seçicilərin müvəqqəti olduqları yerlərdə Azərbaycan Respublikasının Prezidenti seçkilərinin təşkili” mövzusunda seminar müşavirədə çıxışı zaman deyib.

E.Ağayev bildirib ki, Səhiyyə Nazirliyi Azərbaycanda bütün seçkilərin şəffaf keçirilməsinə öz töhfəsini verib. O qeyd edib ki, prezident seçkilərində seçki günü on minlərlə insan xəstəxanalarda olacaq: “Onların səs verməsi üçün tibb müssisələrində seçki məntəqələri yaradılıb. Biz ötən seçkilərdə də tibb müəssisələrində olan insanların səs verməsi üçün lazımi şərait yaratmışıq”.

E.Ağayev həmçinin seçkilərlə əlaqədar tibb işçilərinin maarifləndirildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti