...

Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

Siyasət Materials 13 Aprel 2018 15:44 (UTC +04:00)
Rusiya Federasiyası Dövlət Dumasının deputatları İosif Kobzondan və Valentina Tereşkovadan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

Bakı. Trend:

Rusiya Federasiyası Dövlət Dumasının deputatları İosif Kobzondan və Valentina Tereşkovadan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Əziz İlham Heydər oğlu. Biz əminik ki, Azərbaycan xalqı düzgün seçim edib. Sizi təbrik edirik, Azərbaycan xalqına firavanlıq diləyirik".

XXX

Rusiya Müdafiə Nazirliyinin “Oboronpromekologiya” Federal Unitar Dövlət Müəssisəsinin direktoru Xamzat Bekovdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib:

"Hörmətli İlham Heydər oğlu. Seçkilərdə inamlı qələbə qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, uğurlar, nikbinlik, sülh və firavanlıq, Vətən naminə yeni quruculuq işlərinizdə ruh yüksəkliyi arzu edirəm".

XXX

Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti qubernatorunun müşaviri Vaqif Məmişovdan:

"Çox hörmətli cənab Prezident.

Sankt-Peterburqda və Leninqrad vilayətində yaşayan azərbaycanlılar adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə səmimi təbriklərimizi qəbul edin. Bu qələbə Sizin yüksək siyasi nüfuzunuzun, ölkədə sabitliyin, qanunçuluğun və asayişin təmin olunmasına, genişmiqyaslı islahatların həyata keçirilməsinə, xalqın rifahının yüksəlməsinə xidmət edən uzunmüddətli sosial proqramların gerçəkləşdirilməsinə yönəlmiş siyasi xəttinizin fəal dəstəklənməsinin daha bir sübutudur. Azərbaycanımızın çiçəklənməsi və nəzərdə tutulmuş bütün planların səmərəli yerinə yetirilməsi yolunda bu məsul vəzifədə Sizə yeni-yeni uğurlar arzulayıram".

XXX

Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti, Rusiya Vəkillər Gildiyasının prezidenti, Rusiya Federasiyasının Əməkdar hüquqşünası, Hüquq elmləri doktoru, professor Həsən Mirzəyevdən:

"Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyası, Rusiya Vəkillər Gildiyası, Rusiya Vəkillik və Notariat Akademiyası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Azərbaycan xalqı Sizi yenidən dövlət başçısı seçməklə Sizə etimadını və müəyyənləşdirdiyiniz yolu - ölkənin inkişafı, cəmiyyətdə sabitlik və həmrəylik, Azərbaycan xalqının tərəqqisi və rifahının yüksəlməsi yolunu hərtərəfli dəstəklədiyini bir daha nümayiş etdirdi.

Siz Heydər Əlirza oğlu Əliyevin Azərbaycan Respublikasında islahatlar yolunu layiqincə davam etdirirsiniz.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan genişmiqyaslı siyasi, iqtisadi islahatlar və dəyişikliklər, əhalinin sosial rifahının yüksəldilməsi yolu ilə inamla irəliləyir, aktual beynəlxalq və regional problemlərin həllində fəal iştirak edir.

Sizin praqmatik siyasətiniz sayəsində Azərbaycan ilə Rusiya arasında iqtisadi, mədəni, siyasi əlaqələr günbəgün genişlənir və möhkəmlənir.

Bu gün Siz həyatınızın ən səmərəli mərhələsindəsiniz. Zəngin təcrübəniz müdriklik və həyati biliklərlə harmoniya şəklində uzlaşır. Artıq çox iş görülüb, gələcək isə yeni planlarla zəngindir.

Qoy, enerji, gümrahlıq və mənəvi qüvvə Sizin etibarlı tərəfdaşlarınız kimi qalsın. Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə uğurlar və Azərbaycan xalqının rifahı naminə yeni zəfərlər arzu edirəm.

Sizə və bütün Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm".

XXX

Rusiya Federasiyasının Vladimir Vilayətinin qubernatoru Svetlana Orlovadan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib:

"Möhtərəm İlham Heydər oğlu. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Seçkilərdə inamlı qələbəniz Sizin yüksək siyasi nüfuzunuzun, aktual daxili və xarici siyasət məsələlərinin həllində böyük xidmətlərinizin xalq tərəfindən dəstəkləndiyinin əyani təsdiqidir. Böyük məmnuniyyətlə vurğulamaq istəyirəm ki, Rusiyanın Vladimir Vilayəti ilə Azərbaycan Respublikasını səmimi dostluq münasibətləri birləşdirir, əmtəə dövriyyəsi artır, iqtisadi və mədəni əlaqələr genişlənir.

Çox hörmətli İlham Heydər oğlu, Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə firavanlıq və tərəqqi arzu edirəm".

XXX

Almaniyanın “Beynəlxalq Humanitar Tibbi Yardım” təşkilatının Azərbaycan üzrə rəhbəri, professor doktor Ağabəy Azərbaycanidən:

"Hörmətli Prezident İlham Əliyev. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Almaniyanın “Beynəlxalq Humanitar Tibbi Yardım” təşkilatı adından təbrik edirəm.

Atanız Heydər Əliyevin və Sizin prezidentliyiniz dövründə Azərbaycanda əldə olunan böyük uğurları müşahidə etmək imkanım olub. Səhiyyənin inkişafı ilə bağlı gördüyünüz tədbirləri, o cümlədən bu sahə ilə bağlı dövlət proqramlarının qəbul olunmasını, yeni sağlamlıq müəssisələrinin yaradılmasını xüsusi qeyd etmək istərdim. Bunların sayəsində Azərbaycanda əhalinin sağlamlığının qorunması istiqamətində mühüm uğurlar əldə edilib. Səhiyyənin inkişafı istiqamətində davamlı səylərinizə görə Sizə təşəkkür edir və uğurlarınızın davamlı olmasını arzulayırıq.

Cənab Prezident, Sizə ən dərin ehtiramımı çatdırıram".

XXX

Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Seretelidən:

"Möhtərəm İlham Heydər oğlu. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Rusiya Rəssamlıq Akademiyasının rəyasət heyəti adından ən səmimi təbriklərimizi qəbul edin. Sizin yüksək nüfuzunuz, peşəkarlığınız və tükənməz enerjiniz, böyük siyasi və həyati təcrübəniz genişmiqyaslı dövləti vəzifələri uğurla həyata keçirməyinizə imkan verir. Siz istedadlı diplomat, təcrübəli rəhbər və yüksək mədəni dəyərlərə malik şəxsiyyət kimi XXI əsrin ən mürəkkəb problemlərinin həllinə böyük töhfələr verirsiniz. Çox şərəfli və məsuliyyətli fəaliyyətinizdə Sizə uğurlar arzu edirik".

XXX

Rusiya Federasiyasının Dağıstan Respublikası Dövlət Şurasının fəxri sədri Maqomedəli Maqomedovdan Prezident İlham Əliyevə təbrik məktubu gəli.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi təbrik edirəm.

Azərbaycan xalqı Sizə yenidən yüksək etimad göstərdi.

Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə böyük uğurlar arzu edirəm".

XXX

Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylovdan:

"Hörmətli İlham Heydər oğlu. Rusiyanın TASS informasiya agentliyinin kollektivi adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə təbrik edirəm.

Seçicilərin fəallığı və Sizin namizədliyinizə verilən səslərin yüksək faizi insanların Sizə etimadının şəksiz sübutudur. Azərbaycan xalqı respublikanın uzun illər boyu getdiyi yol ilə həmrəyliyini azad və şəffaf seçkilər nəticəsində bir daha nümayiş etdirdi.

Sizin qətiyyətiniz və əzmkarlığınız, rəhbər istedadınız bütün dövrlərdə Azərbaycanın qələbələrinin həlledici qüvvəsi olan xalqın zəngin mənəvi və yaradıcı potensialını səfərbər etməyə imkan verdi. Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə dövlətinizin inkişafı və möhkəmlənməsi daha yüksək səviyyəyə çatacaq.

Bu əlamətdar gündə ən səmimi arzularımı, firavanlıq, yeni uğurlar diləyimi qəbul edin. Qoy, Sizin bütün xoş niyyətləriniz əvvəllər olduğu kimi, yenə də Azərbaycan xalqı tərəfindən həmrəyliklə qarşılansın, yaxın dostlarınız və məsləkdaşlarınız tərəfindən dəstəklənsin".

XXX

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilidən:

"Zati-aliləri. Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Şadam ki, ölkənizin və bütün region xalqlarının rifahı naminə həyata keçirdiyiniz uğurlu fəaliyyətinizi bundan sonra da davam etdirəcəksiniz. Azərbaycan Respublikasının Prezidenti kimi ali dövləti fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər və rəhbər müdrikliyi arzu edirəm. Dövlətlərimiz arasında davamlı və hərtərəfli strateji münasibətlərin təmin olunması Gürcüstan üçün çox əhəmiyyətlidir və mən qəti inanıram ki, biz ölkələrimizi bir-birinə daha da yaxın etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Əminəm ki, Azərbaycan Respublikası vətəndaşlarının Sizə göstərdiyi etimad Zati-alinizi ölkənizin milli birliyini, inkişafını, təhlükəsizliyini və rifahını daha da möhkəmləndirmək üçün səylərinizi davam etdirməyə ruhlandıracaq.

İnanıram ki, əlaqələrimizin və qarşılıqlı maraq doğuran bütün sahələrdə tərəfdaşlığımızın daha da genişləndirilməsi üçün Sizinlə əməkdaşlığımız uğurla davam edəcək.

Sizi səmimi qəlbdən bir daha təbrik edir və uğurlarınızın davamlı olmasını arzulayıram".

XXX

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMTİP/BMT-nin Əhali Fondunun rezident nümayəndəsi Qulam İshaqzaidən:

"Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı İdarə Heyəti adından ən səmimi təbriklərimi Sizə çatdırmaqdan məmnunluq duyuram. Bu qələbə ölkənin inkişafına və Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasına layiqli töhfələr vermiş uğurlu islahatlarınızın və uzunmüddətli sosial proqramlarınızın bariz göstəricisidir.

Birləşmiş Millətlər Təşkilatı bu qurumun çox dəyərli və sadiq üzvü olan Azərbaycanla hər zaman faydalı əməkdaşlıq və tərəfdaşlıq etmiş və bundan sonra da Azərbaycan hökumətinin inkişaf prioritetlərinə və “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nə nail olması üçün göstərdiyi səylərə öz dəstəyini davam etdirmək niyyətindədir.

Zati-aliləri, mən Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqının rifahı naminə göstərdiyiniz səylərdə uğurlar arzu edirəm.

Zati-aliləri, xahiş edirəm, dərin hörmət və ehtiramımı qəbul edəsiniz".

XXX

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyevdən:

"Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Səsvermənin nəticələri Azərbaycan xalqının Sizə yüksək etimadını, ölkənin dinamik inkişafı və vətəndaşların sosial rifahının yüksəldilməsi üçün həyata keçirdiyiniz siyasəti dəstəklədiyini göstərdi.

Hörmətli İlham Heydər oğlu, Sizə nəzərdə tutduğunuz planları həyata keçirərək yeni zirvələrə çatmağı, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm".

XXX

Ukraynanın Prezidenti Petro Poroşenkodan Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

"Hörmətli İlham Heydər oğlu. Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. Yenidən dövlət başçısı vəzifəsinə seçilməyiniz ölkənin uğurlu inkişafı üçün müəyyənləşdirdiyiniz siyasi kursun Azərbaycan xalqı tərəfindən hərtərəfli dəstəklənməsinin təsdiqidir.

Əminəm ki, Ukrayna ilə Azərbaycan arasında çoxtərəfli əməkdaşlıq gələcəkdə də qarşılıqlı etimad və strateji tərəfdaşlıq əsasında səmərəli şəkildə inkişaf edəcəkdir.

İnanıram ki, Ukraynaya gözlənilən rəsmi səfəriniz qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafına əlavə impuls verəcək və qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli əlaqələrin dərinləşməsinə yardım edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, yeni-yeni nailiyyətlər, nəzərdə tutulmuş planların gerçəkləşməsi və dost Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm".

XXX

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyevdən:

"Möhtərəm cənab Prezident. Prezident seçkilərində parlaq qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Müstəqil Azərbaycanın xalqı öz iradəsini inamla ifadə edərək ölkəni bundan sonra da rifaha və firavanlığa doğru aparmağı Sizə etibar etdi.

Əminəm ki, praqmatik dövlət xadimi kimi qazandığınız böyük nüfuz bundan sonra da çox mühüm daxili islahatlar aparılması və dünya siyasi arenasında Azərbaycanın mövqeyinin möhkəmlənməsi üçün etibarlı zəmin olacaq. Qəti əminəm ki, Sizin müdrik siyasətiniz və parlaq diplomatik istedadınız sayəsində Rusiya ilə Azərbaycanın yaxınlaşması davam edəcək və ölkələrimiz bundan sonra da müasir dövrün çağırışlarına layiqli cavab verəcək.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz enerji və firavanlıq, qardaş Azərbaycan xalqına xoşbəxtlik, bolluq və sülh arzu edirəm".

XX

Dövlətlərarası Aviasiya Şurasının prezidenti, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Möhtərəm İlham Heydər oğlu. Yüksək demokratiya şəraitində keçən Azərbaycan Respublikası Prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə ürəkdən gələn ən səmimi təbriklərimi qəbul edin. Həyata keçirdiyiniz siyasətin, dövlət proqramlarının və planların Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi, heç şübhəsiz, Sizə çox böyük inamın, sabitliyi və iqtisadi inkişafı təmin edən siyasi xəttinizin düzgün olduğunun əyani təsdiqidir. Sizin rəhbərliyiniz ilə Azərbaycan Respublikası dünyada azad, hüquqi və firavan dövlətlərdən birinə çevrilib.

Seçkilərdə Sizin inamlı qələbənizə qəti əmin idim. Çünki Azərbaycanın uğurlarını və azərbaycanlıların Sizə səmimi münasibətini, həyata keçirdiyiniz sosial-iqtisadi siyasətin dəstəkləndiyini kimdənsə eşitməmişəm, özüm bunun şahidiyəm.

Aviasiya ictimaiyyəti adından Sizə səmimi qəlbdən dövləti və beynəlxalq məsələlərdə daha böyük uğurlar və yeni nailiyyətlər, aydın səma arzu edirəm. Mən dahi Heydər Əliyevi və onun böyük siyasi irsini həmişə sevgi hissi ilə xatırlayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti