...

Bahar Muradova: "Bakı Marafonu" kimi tədbirlər dövlətin vətəndaşların maraqlarını təmin etməyə yönəlmiş siyasətinə verilən dəstəkdir

Siyasət Materials 13 May 2018 10:37 (UTC +04:00)
"Bakı Marafonu" kimi tədbirlər dövlətin vətəndaşların maraqlarını təmin etməyə yönəlmiş siyasətinə verilən dəstəkdir.
Bahar Muradova: "Bakı Marafonu" kimi tədbirlər dövlətin vətəndaşların maraqlarını təmin etməyə yönəlmiş siyasətinə verilən dəstəkdir

Bakı. Elçin Mehdiyev - Trend:

"Bakı Marafonu" kimi tədbirlər dövlətin vətəndaşların maraqlarını təmin etməyə yönəlmiş siyasətinə verilən dəstəkdir.

Bunu Trend-ə marafona qatılan Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

B.Muradova hesab edir ki, hər kəs yaşından, mövqeyindən asılı olmayaraq, belə tədbirlərdə yaxından iştirak etməlidir:

"Bu, hər şeydən əvvəl sağlam həyat tərzini təşviq etmək üçün çox gözəl bir layihədir. Üstəlik, müxtəlif peşə sahibi olan insanların bir məqsəd ətrafında birliyinin nümunəsidir. Bu cür tədbirlər özünün bilavasitə qarşısındakı məqsədlərlə yanaşı, ən əsası vətəndaş birliyinə, həmrəyliyinə, dövlətin vətəndaşların bütün maraqlarını təmin etmək üçün həyata keçirdiyi siyasətə verilən bir dəstəkdir. Ona görə də mən bu gün bura toplaşan minlərlə insanın arasında olmaqdan böyük qürur hissi duyuram. Əlbəttə ki, burada öndə olmaq əsas deyil, əsas olan iştirakdır. Çox şadam ki, mən də bu gün iştirakçılar sırasındayam. Hamıya uğurlar arzulayıram".

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 13-də “Bakı Marafonu 2018” keçirilir. “Küləyə qalib gəl” şüarı altında keçirilən marafon ardıcıl üçüncü ildir təşkil olunur.

Builki marafonda iştirak üçün 18 000-dək şəxs qeydiyyatdan keçib.

“Bakı Marafonu 2018” Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edir.

Marafonun qalibləri iki kateqoriya üzrə müəyyən olunub. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3000 AZN, 2-ci yerin qalibi 2000 AZN, 3-cü yerin qalibi isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaqlar. Bununla yanaşı, kişi və qadın kateqoriyaları üzrə 4-10-cu yerlərin sahiblərinə müxtəlif qiymətli hədiyyələr veriləcək.

“Bakı Marafonu 2018”də toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti