...

Ülvi Mehdiyev: Azərbaycan vətəndaşları ölkədən çıxan zaman "ASAN Viza"dan istifadə edə biləcəklər

Siyasət Materials 15 May 2018 10:31 (UTC +04:00)
Azərbaycan vətəndaşları ölkədən çıxan zaman "ASAN Viza" sistemindən istifadə edə biləcəklər.
Ülvi Mehdiyev: Azərbaycan vətəndaşları ölkədən çıxan zaman "ASAN Viza"dan istifadə edə biləcəklər

Trend-i buradan izləyin

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan vətəndaşları ölkədən çıxan zaman "ASAN Viza" sistemindən istifadə edə biləcəklər.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Ü.Mehdiyev bildirib ki, bu istiqamətdə fəal iş aparılır: "Biz həmin sistemi "ASAN Viza 2" adlandırmışıq və istəyirik ki, Azərbaycan vətəndaşları bu sistemdən istifadə edərək digər ölkələrin səfirliklərində viza ala bilsinlər. Texniki baxımdan proses aktiv şəkildə hazırlanır, lakin sistemin inteqrasiyası üçün səfirliklərlə danışıqlar aparmaq da lazımdır".

Qeyd edək ki, bu gündən "ASAN Viza" özünəxidmət terminalları vasitəsilə Heydər Əliyev adına Beynəlxalq Hava limanında əcnəbilərə vizaların verilməsinə başlanılıb.

"ASAN Viza" vasitəsilə hava limanında 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizaların verilməsi təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti