...

Liberman: Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı onilliklər parlaq hadisələrlə yadda qalıb

Siyasət Materials 29 May 2018 18:39
Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı onilliklər parlaq hadisələrlə yadda qalıb.
Liberman: Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı onilliklər parlaq hadisələrlə yadda qalıb

Trend-i buradan izləyin

Bakı. Ləman Zeynalova – Trend:

Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı onilliklər parlaq hadisələrlə yadda qalıb.

Trend-in məlumatına görə, bu barədə Aviqdor Libermanın “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasına ünvanladığı təbrik məktubunda deyilir.

A.Liberman yazıb: “Dost Azərbaycan xalqı öz tarixinin ən mühüm hadisələrindən birini qeyd edir. Düz 100 il əvvəl – 28 may 1918-ci ildə Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini elan etdi. Bütün qəlbimlə Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını bu gözəl yubiley, dövlətçiliyin qurulması günü münasibətilə təbrik edirəm! Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyasında ilk dünyəvi dövlət oldu. Azərbaycan Milli Şurasının rəhbəri Məmməd Əmin Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin elan olunduğu gün dediyi “Bir kərə yüksələn bayraq bir daha enməz” sözləri tarixə keçdi”.

O xatırladıb ki, 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Azərbaycan öz müstəqilliyini bərpa etdi və özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdi:

“Və bu gün 1918-ci ildə Milli Şura sədrinin haqqında danışdığı bayraq müstəqil Azərbaycanın üzərində fəxrlə dalğalanır. Müstəqilliyin bərpasından sonrakı onilliklər parlaq hadisələrlə, Azərbaycan xalqının böyük uğurları ilə yadda qalıb. Sizi möhtəşəm bayramınız – Respublika Günü münasibətilə təbrik edirəm və Azərbaycanın dost xalqına sülh və çiçəklənmə arzulayıram”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti