...

Prezident: İtaliya Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün hər cür səy göstərəcək

Siyasət Materials 31 İyul 2018 21:03 (UTC +04:00)
İtaliya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün hər cür səy göstərəcək.
Prezident: İtaliya Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün hər cür səy göstərəcək

Bakı. Ləman Zeynalova - Trend:

İtaliya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün hər cür səy göstərəcək.

Trend-in Ermənistan KİV-nə istinadən məlumatına görə, bu barədə İtaliya prezidenti Sercio Mattarella Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə bildirib.

S.Mattarella qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi hərbi həll yoluna malik ola bilməz, münaqişə yalnız siyasi yolla həll olunmalıdır.

Prezident vurğulayıb ki, İtaliya ATƏT-ə sədrlik dövründə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətin balanslaşdırılmasına davam edəcək, o cümlədən ATƏT-in Minsk Qrupunda həmsədrlik çərçivəsində münaqişənin sülh yolu ilə həll olunmasına səy göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti