DİN və ETSN ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı birgə tədbirlər aparır

Siyasət Xəbər 3 Avqust 2018 11:55 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Daxili İşlər və Ekologiya və Təbii Sərvətlər Naziri ekologiya və ətraf mühitin mühafizəsinə yönəlmiş tədbirlər planı imzalayıb.

Trend-in məlumatına görə, bunu mətbuat konfransında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əlizadə deyib.

O bildirib ki, tədbirlər planı hazırdır və artıq onun əsasında işlər görülür:

"Tədbirlər planının hazırlanmasında məqsəd iki nazirliyin birGə ekologiyaya və ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyətidir. Yəni, qanunsuz qum-çınqıl, meşə materialları, torpağın üst qatının daşınmasına qarşı birgə mübarizə aparacağıq. İaşə obyektlərinə qarşı da Daxili İşlər Nazirliyi ilə birgə tədbirlər görəcəyik".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti