Bakı. Elçin Mehdiyev - Trend:
Nazirlər Kabineti “İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası”nda dəyişikliklər edib.
Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara görə, icra məmurlarının fəaliyyətinə nəzarəti həyata keçirən qurumlar sırasına Ədliyyə Nazirliyinin Probasiya Xidməti də əlavə edilib.