Bakı. Trend:
İran Azərbaycanın yaxın qonşu ölkəsidir və bir çox sahələrdə mühüm tərəfdaşıdır. Eyni zamanda, Azərbaycanla ABŞ arasında mövcud olan çoxşaxəli münasibətlər bizim üçün əhəmiyyət kəsb edir.
Bunu ABŞ-ın İrana qarşı ötən gün qüvvəyə minən sanksiyalarının Azərbaycan iqtisadiyyatına təsiri ilə bağlı Trend-in sorğusuna cavab olaraq Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva deyib.
L.Abdullayeva deyib: "Bu xüsusda, ABŞ tərəfindən İrana qarşı tətbiq edilən sanksiyalar və onların mümkün təsir və nəticələri ekspertlərimiz tərəfindən ətraflı şəkildə araşdırılır".