Bakı. Trend:
Azərbaycan Qoşulmama Hərəkatının sədr ölkəsi kimi beynəlxalq arenada öz rolunu artıracaq.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya-24" telekanalına müsahibəsində deyib.
Azərbaycan dövlətinin başçısı bildirib: "Avrasiya İttifaqının üzvü olan ölkələrin mütləq əksəriyyəti ilə çox sıx dostluq, o cümlədən ticari-iqtisadi sahədə münasibətlərimiz var. Bizim həmin ölkələrlə azad ticarət haqqında müqaviləmiz mövcuddur. Əlbəttə, bizim əsas ticari-iqtisadi tərəfdaşımız Rusiya Federasiyasıdır. Bizdə azad ticarət formatı da mövcuddur. Buna görə də biz əlbəttə ki, əməkdaşlıq potensialını gücləndirəcəyik. İndiki mərhələdə bu əməkdaşlıq daha çox ikitərəfli xarakter daşıyır, bəzən də üçtərəfli, amma daha geniş deyil. Gələn il hadisələrin necə davam edəcəyini və konkret nəticələri zaman göstərəcək. Amma əlbəttə ki, Qoşulmama Hərəkatının sədr ölkəsi kimi biz beynəlxalq arenada öz rolumuzu artıracağıq. Əlbəttə, çalışacağıq ki, Azərbaycanın tərəfdaşları olan ölkələr bizə necə dəstək göstərirlərsə, onlar da bizim tərəfimizdən eyni dəstəyi alsınlar".