...

Prezident İlham Əliyev “Suez Group”un beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti ilə görüşüb

Siyasət Materials 23 Yanvar 2019 12:58 (UTC +04:00)
Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Suez Group” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Gebali ilə görüşü olub.
Prezident İlham Əliyev “Suez Group”un beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti ilə görüşüb

Bakı. Trend:

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Suez Group” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Gebali ilə görüşü olub.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Erik Gebali “Suez Group”un Azərbaycanda su infrastrukturunun inkişaf etdirilməsi sahəsində fəaliyyətindən və ölkəmizlə əməkdaşlığın uğurlu olmasından danışdı. O, Azərbaycan ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirdi.

Prezident İlham Əliyev “Suez Group” ilə əməkdaşlıq çərçivəsində görülən işlərin əhəmiyyətini vurğuladı, şirkətlə əməkdaşlığın ölkəmizdə su infrastrukturunun daha da təkmilləşdirilməsinə böyük töhfə verdiyini qeyd etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti