Bakı. Rufiz Hafizoğlu - Trend:
Ermənistanın və erməni diasporunun bir sıra qərb ölkələrinin parlamentləri vasitəsilə Türkiyəyə təzyiq cəhdləri uğursuzluğa məhkumdur.
Bunu Trend-ə özəl olaraq Türkiyə Prezidenti Administrasiyasından deyiblər.
Məlumatda qeyd olunur ki, Ermənistan qondarma “soyqırımı” barədə uydurmaları ilə Türkiyəyə təzyiq göstərmək iqtidarında deyil.
Administrasiyadan bildiriblər ki, Ermənistan 1915-ci il hadisələrinin “erməni soyqırımı” olması barədə heç bir sübut təqdim edə bilmir:
“Bir sıra qərb ölkələrinin parlamentlərinin 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi qəbul etməsi, o hadisələr barədə həqiqətin aşkar olunmasına mane olur”.