Avropa Şurasında Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi mövzusunda tədbir keçirilib (FOTO)

Avropa Şurasında Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi mövzusunda tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız yarım-sessiyası çərçivəsində oktyabrın 2-də Avropa Şurasının mənzil-qərargahında Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi mövzusunda tədbir keçirilib.

Trend-in məlumatına görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti və Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyi tərəfindən, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə təşkil edilən bu tədbirdə AŞPA üzvləri, katibliyin əməkdaşları və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri açan AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) dövlət quruculuğunda çağdaş dəyərləri əsas götürdüyünü və cinsindən, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara eyni hüquqlar verdiyini bildirib. O, müsəlman Şərqində ilk dəfə Azərbaycanda qadınlara seçki hüququnun verilməsini tarixi bir hadisə kimi qiymətləndirib və xüsusilə bir sıra Qərb ölkələrindən əvvəl qadınların bu hüququnun ölkəmizdə tanınmasının əlamətdar bir nailiyyət olduğunu diqqətə çatdırıb. Azərbaycan parlamentinin tərkibində qadınların nisbətinin hər çağırışda artdığını və bunun cəmiyyətdə qadınların rolunun artması ilə bağlı yaxşı göstərici olduğunu qeyd edib.

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova bildirib ki, Azərbaycan qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin olunması baxımından nümunəvi bir ölkədir. O, ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra qadın hüquqlarının qorunmasını əsas prioritetləri sırasına daxil etdiyini, bir sıra qanunlar və qərarlar qəbul etdiyini, o cümlədən beynəlxalq sənədlərə qoşulduğunu qeyd edib. Daha sonra S.Qafarova vurğulayıb ki, Azərbaycan AŞ-yə üzv olduqdan sonra bu təşkilatla fəal əməkdaşlıq edir, AŞPA-da ölkəmiz on iki parlament üzvündən ibarət nümayəndə heyəti ilə təmsil olunur, onlardan altı nəfəri - yarısı qadınlardır.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin müdiri Rövzət Qasımov Azərbarbaycanda qadınlara seçki hüququnun verilməsinin tarixi və qadınların hal-hazırda ölkənin ictimai-siyasi həyatında, xüsusən seçki prosesində rolu ilə bağlı çıxış edib. O, qadınlara seçki hüququ verilməsinin AXC-nin təsis sənədi olan İstiqlal Bəyannaməsində öz əksinin tapdığı və bu hüququn qanunvericilikdə təsbit olunduğu ilə bağlı tarixi məlumatları iştirakçıların diqqətinə çatdırıb. MSK Katibliyinin müdiri öz çıxışında həmçinin müasir dövrdə Azərbaycanda qadınların seçki prosesində iştirakı və bununla bağlı statistik məlumatları tədbir iştirakçıları ilə bölüşüb.

BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin (CEDAW) üzvü Elgün Səfərov bildirib ki, Azərbaycanda insan hüquqlarının müdafiəsi, xüsusilə də qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi XX əsrin əvvələrindən başlanılıb. O, qeyd edib ki, müsəlman dünyasında qızlar üçün birinci məktəbin açılması, “İşıq” jurnalının çapı, mətbuatda qadın hüquqlarının qeyd edilməsi Azərbaycan cəmiyyətində qadınların aktiv iştirakını təcəssüm etdirib. Bundan əlavə, o, müasir zamanda Azərbaycanda qadınların cəmiyyətdə aparıcı qüvvə hesab edildiyini və onların sayının bələdiyyə sistemində 35%, sahibkarlıqda 30%, Milli Məclisdə 17% təşkil etməsinə dair maraqlı faktları iştirakçıların diqqətinə çatdırıb.

Siyasi Psixologiya Mərkəzinin direktor müavini Ayan İsmayılova öz məruzəsində BMT-nin qadınların cəmiyyətdə rolunun artırılmasını Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) uğurlu həyata keçirilməsi üçün vacib hesab etdiyini xatırladıb. O, gender bərabərliyi ilə bağlı DİM üzrə gənc səfir olduğunu qeyd edərək, qadınların dəstəklənməsi ilə əlaqəli layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib. A.İsmayılova nəhayət gənc xanımların ölkəmizin ictimai həyatında iştirakının artdığını vurğulayıb və bu xüsusda öz nümunəsində bütün yaş qruplarından olan gənclərin iştirakı ilə həyata keçirilən bir sıra layihələr barədə məlumat verib.

Daha sonra auditoriya tərəfindən qaldırılan suallar məruzəçilər tərəfindən cavablandırılıb.

ABŞ-da kimyəvi zavodda partlayış baş verib
ABŞ-da kimyəvi zavodda partlayış baş verib
Şimali Koreya Yaponiya dənizi istiqamətində naməlum mərmi atıb
Şimali Koreya Yaponiya dənizi istiqamətində naməlum mərmi atıb
Çexiya XİN ölkə siyasətçilərinin Pekin Olimpiadasını boykot edəcəklərini bildirib
Çexiya XİN ölkə siyasətçilərinin Pekin Olimpiadasını boykot edəcəklərini bildirib
Loading Bars
Xəbər lenti
Azərbaycan və Gürcüstan “Bir kəmər, bir yol” layihəsində əsas rol oynayır - "Hualing" Azad Sənaye Zonasının rəhbəri (Müsahibə) (VİDEO)
Xarici valyutaların manata qarşı məzənnələri
Ucarda axtarışda olan şəxs saxlanılıb (FOTO)
Evində narkotik və odlu silah gizlədən şəxs saxlanılıb
Tovuzda yanmış ticarət mərkəzinin ərazisindən meyit tapılıb
Norveçin baş naziri NATO-nun genişlənməsini qeyri-aktual sayıb
Azərbaycanda bu avtomobillərin qiyməti ucuzlaşıb
ABŞ-da qurbağanın itirilmiş ayağını regenerasiyasını stimullaşdıran preparat yaradılıb
Apple iPhone-larda SİM kart yuvasından imtina etmək niyyətindədir
"S-400"-lərin tədarük ilə bağlı proses davam edir - Türkiyə prezidenti
ABŞ-da kimyəvi zavodda partlayış baş verib
Türkiyənin İrana qaza görə borcu yoxdur - Ərdoğan
Şimali Koreya Yaponiya dənizi istiqamətində naməlum mərmi atıb
Çexiya XİN ölkə siyasətçilərinin Pekin Olimpiadasını boykot edəcəklərini bildirib
PwC 2022-ci ildə qlobal iqtisadi artımı 4,5% proqnozlaşdırır
ABŞ Əfqanıstan səfirliyini bağlayaraq, diplomatları toxunulmazlıqdan məhrum etmək niyyətindədir
Futzal üzrə Azərbaycan millisi 7 qat Avropa çempionu İspaniya yığması ilə heç-heçə edib
Kosmosda müəmmalı enerji mənbəyi aşkar edilib
İsrail-Türkiyə münasibətlərində yeni dövr başlaya bilər
Cənubi Afrika Respublikasında potensial təhlükəli yeni koronavirus aşkar edilib
ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupunun həmsədri 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı bəyanat verib
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcəsini illik 0-0,25% səviyyəsində saxlayıb
Sankt-Peterburqda Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Yeddi gözəl” sərgisi açılıb və Üzeyir Hacıbəylinin abidəsinin təməl daşı qoyulub (FOTO)
Rusiya və Ukrayna liderlərini Türkiyədə bir araya gətirib sülhün yenidən qurulmasına yol aça bilərik - Ərdoğan
Azərbaycan-Pakistan investisiya qoyuluşu imkanları barədə fikir mübadiləsi aparılıb (FOTO)
Brent markalı neftin qiyməti son 7 ilin maksimum göstəricisinə çatıb
Mingəçevir Dövlət Universiteti Aqrar Elm və İnnovasiya Mərkəzi əməkdaşlıq edəcək (FOTO)
Videogörüntüdəki müəllimə niyə töhmət verilib? - Açıqlama
Yevlaxda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
ABŞ-ın yeni səfiri etimadnaməsini Türkiyə prezidentinə təqdim edib
DİN məktəblərdə "patı" satışı ilə bağlı iddialara cavab verib
ABŞ Rusiyanın təhlükəsizlik zəmanəti təkliflərinə yazılı cavab verib
Əmək pensiyaları avtomatik qaydada necə hesablanır?
Qoca qitədə yeni ordu - NATO-ya alternativ, yoxsa dəstək?
Parklanma qaydalarının pozulmasına görə cərimələrin artması effektiv nəticə verə bilər - Ekspert
Astaraçay üzərindəki avtomobil körpüsü “Şimal-Cənub” dəhlizinin inkişafında böyük nailiyyətdir
1-ci Qarabağ müharibəsindən bəri 3 890-a yaxın Azərbaycan vətəndaşı itkin sayılır
Böyük maraqla izlənilən “Azercell Hackathon 2022” yarışması başa çatdı! (FOTO)
Ceyhun Bayramov İƏT Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçiriləcək iclasına dəvət edilib
Ombudsman ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda çıxış edib
Gömrük Akademiyasının əməkdaşlarına ISO standartları üzrə növbəti sertifikatlar təqdim olunub (FOTO)
“Smart sərhəd buraxılış məntəqəsi” həllərinin hazırlanması nəzərdə tutulub - Səfər Mehdiyev
Daha iki ölkə vətəndaşlarının təyyarə ilə Azərbaycana gəlməsinə icazə verildi
Mingəçevir Dövlət Universitetinin İctimai Nəzarət Şurasının üzvləri imtahan prosesini izləyiblər (FOTO)
Unibankın aktivləri 1 milyardı keçdi
“Media haqqında” yeni qanun layihəsi müasir tendensiyalara cavab verir - Əhməd İsmayılov
Azərbaycanda ötən il baş verən təbii və texnogen mənşəli hadisələrin sayı açıqlanıb
Azərbaycan Türkiyəyə təbii qazın ixracını yaranmış tələbata uyğun artıracaq
AccessBank 2021-ci il üzrə maliyyə hesabatını açıqladı
Heydər Əliyev Mərkəzində əfsanəvi skripkaçı və musiqi xadimi Gidon Kremerin 75 illiyinə həsr olunan konsert baş tutacaq
Yanvarın 27-nə USD/AZN rəsmi məzənnəsi
AZAL-ın Bakı-İstanbul üzrə təxirə salınan reyslərinin sərnişinləri yola salınıb
Təhsil krediti üçün 5 mindən artıq tələbə müraciət edib
Bank Respublika 2021-ci ildə biznesin bütün seqmentləri üzrə dinamik inkişaf göstərib!
DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib (FOTO)
Sosial proqramların uğurlu icrası vətəndaş məmnunluğunun artmasında əhəmiyyətli rol oynayır - Vüqar Rəhimzadə
Jurnalistlər üçün təşkil edilmiş 3 günlük təlimlər başa çatıb (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda koronavirusa yoluxanların sayı 3 mini keçdi
Rixard Zorgenin qalıqları Rusiyada dəfn oluna bilər
Azərbaycanlı müxalifətçi Böyük Britaniyada cinsi təcavüzə görə həbs olunub
Gənc istedadlarımız Azərbaycan mədəni irsinin süni intellektlə vəhdətini dünyaya təqdim edəcək (VİDEO)
Bakıda yaşayış binasında başlayan yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Qanunsuz fəaliyyət göstərən kolbasa sexinin fəaliyyəti məhdudlaşdırılıb
Çində 88 milyon ton neft ehtiyatı aşkarlanıb
Bərdədə yas mərasiminin qarşısı alınıb
Daha ağır xəstəlik keçirmək istəmiriksə, “buster” doza olunmalıyıq - İnfeksionist
Dövlət Gömrük Komitəsi illik büdcə proqnozuna 111,4% əməl edib (FOTO)
Yoluxmaların 90 faizindən çoxu "omikron"la əlaqəlidir - Təyyar Eyvazov
Pandemiya bitəcək, amma koronavirus həyatımızın bir hissəsi kimi qalacaq - Təyyar Eyvazov
Bakıda bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
İqlim dəyişmələri planet üzərində addımlayır- Umayra Tağıyeva
“Omikron” ştammına yoluxmasından şübhələnənlər nə etməlidir?
"Omikron" viruslu şəxslə yaxın təmasda olanların əksəriyyəti yoluxur - İnfeksionist
“Facebook”da Baş Prokurorluğun adından saxta hesablar açılıb
"Omikron" ştammının inkubasion dövrü daha qısadır - Təyyar Eyvazov
Səhiyyə qurumları vətəndaşlara növbəti dəfə çağırış edib
Etibarlı COVID-19 pasportu olmayanlar bu xidmətlərdən istifadə edə bilməyəcəklər - SİYAHI
İlin ən böyük inşaat xəbəri (FOTO)
Ölkə ərazisində köçəri və oturaq quşların sayğısı aparılır (FOTO)
Bu şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək
Paytaxtda qeyri-qanuni tikintinin qarşısı alınıb (FOTO/VİDEO)
İran Prezidenti Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)
“Azneft” İstehsalat Birliyi 2021-ci ili müsbət göstəricilərlə başa vurub
Yayılan videoya görə müəllimə töhmət verildi, şagirdlərdən izahat alınıb
Azərbaycan XİN Milli Gün münasibətilə Hindistanı təbrik edib
Azərbaycanda nar bağlarının sığortası başlayıb
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri BSU-da imtahan sessiyasının monitorinqini keçiriblər (FOTO)
Binə qəsəbəsində evlərdən və mebel sexindən oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Müdafiə nazirinin İrana rəsmi səfəri davam edir (FOTO)
Azərbaycanda dini qurumların qeydiyyata alınması qaydası dəyişir
İran hər zaman Azərbaycanın yanında olacaq - İranın Baş Qərargah rəisi
"Smart Qarabagh" hakatonuna sən də qoşul və ideyalarını 10 min dollar mükafatı uğrunda sına
Rusiya şirkətləri azad edilmiş ərazilərin bərpasında iştirak üçün 14 müraciət edib - Səfir
Bakıda batut gimnastikası üzrə Dünya kuboku keçiriləcək
Gəncənin sabiq icra başçısını güllələyən şəxs ittihamlarla razılaşmır
"Tarix fakültəsinin tanınmış məzunları ilə görüş"ün ilk qonağı deputat Naqif Həmzəyev olub (FOTO)
Azərbaycanda nəzirləri kartla və onlayn vermək mümkün olacaq
Qafqaz Müsəlmanları İdarəsinin bu səlahiyyətləri əlindən alına bilər
Rusiya ilə Azərbaycan arasında aviadaşımaların sayı artıb - Boçarnikov
Bütün xəbərlər