...

Deputat: Son 1 ay Azərbaycanın xarici siyasətində yeni mərhələnin başlanğıcı oldu

Siyasət Materials 1 Noyabr 2019 15:55
Bu gün Azərbaycan ölkə Prezidenti İlham Əliyevin ardıcıllıqla həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində güclü dayaqlara malik və milli maraqları qətiyyətlə qoruyan dövlətə çevirib.
Deputat: Son 1 ay Azərbaycanın xarici siyasətində yeni mərhələnin başlanğıcı oldu

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Azərbaycan ölkə Prezidenti İlham Əliyevin ardıcıllıqla həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində güclü dayaqlara malik və milli maraqları qətiyyətlə qoruyan dövlətə çevrilib.

Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Pərvin Kərimzadə deyib.

P.Kərimzadə bildirib ki, Cənubi Qafqaz coğrafiyasının bütün parametrlər baxımından lider dövləti statusunu inamla daşıyan Azərbaycanın güclü potensialına əsaslanan və qlobal miqyasda meydana çıxan yeni çağırışlarla uzlaşan nümunəvi inkişaf modeli bütün dünyada yüksək qiymətləndirilir:

“Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu Prezident İlham Əliyev müasir dövrün çağırışlarına uyğun daha da inkişaf etdirməsi nəticəsində Azərbaycanın istər daxili, istərsə də xarici arenada strateji uğurları durmadan artır.

Son 1 ay isə Azərbaycanın xarici siyasətində baş verən hadisələr yeni mərhələnin başlanğıcı oldu.

Bu ilin oktyabr ayının 3-də Rusiya Prezidenti və dörd ölkə liderinin iştirakı ilə baş tutan "Valday" Beynəlxalq Diskussiya Klubunun Asiya problemlərinə həsr olunan əsas plenar iclası Prezident İlham Əliyevin səsləndirdiyi bəyanatla yadda qaldı. Dağlıq Qarabağ münaqişəsinə toxunan Azərbaycan Prezidenti Ermənistanın Baş naziri Nikol Paşinyanın işğal altındakı Xankəndidə söylədiyi "Qarabağ Ermənistandır və nöqtə" sayıqlamasına kəsərli cavab verərək, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dəyişməz mövqeyini bir daha bəyan etdi: “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

"Valday" Beynəlxalq Diskussiya Klubunun yaradıcılarından biri Fyodr Lukyanovun qeyd etdiyi kimi, İlham Əliyevin "Valday" forumunda Qarabağla bağlı bəyanatı Paşinyanın məlum bəyanatına qaçılmaz cavab idi”.

Deputat vurğulayıb ki, oktyabrın 11-də Prezident İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında bir daha öz qətiyyətli mövqeyini nümayiş etdirdi: “İşğalçı Ermənistanda hökm sürən faşizm ideologiyasına söykənən terrorçuluğu bir daha ifşa edən Prezident İlham Əliyev İkinci Dünya Müharibəsində faşizmə xidmət etmiş Qaregin Njdeyə Yerevanda heykəlin qoyulması erməni siyasi hakimiyyətinin kökündə terrorçuluğun durduğunun bariz nümunəsi olduğunu gündəmə gətirdi. Prezident İlham Əliyev həm də faktlarla Ermənistan siyasi rəhbərliyinin faşizm ideologiyasını ifşa etdi, Ermənistanın apardığı işğalçı siyasətin faşizmə olan sevgisini dünya ictimaiyyətinə çatdırdı. Həmçinin, faşizm ideologiyası ilə silahlanmış Ermənistanın təkcə Azərbaycan üçün deyil, digər postsovet ölkələri üçün də təhlükəli olduğunu diqqətə çatdırdı.

Qoşulmama Hərəkatına sədrliyin ölkəmizə həvalə olunması isə qlobal miqyasda artan nüfuzun göstəricisi, Prezident İlham Əliyevin son 16 ildə nümayiş etdirdiyi prinsipial, çevik və qətiyyətli siyasətin təntənəsi, uğurlu xarici diplomatiyanın bəhrəsi oldu. Bu, bir daha təsdiq edir ki, Azərbaycan dünyanın bir çox inkişaf etmiş ölkələri ilə eyni platformada yer alır. Prezident İlham Əliyevin XVIII Zirvə görüşündəki çıxışında dünya birliyini ədalətə, sülhə çağırması, Ermənistanı işğalçılıq siyasətindən çəkindirmək üçün ikili standartlara son qoyulmasının vacibliyini qəti şəkildə vurğulaması, ölkəmizin uğurlarını səsləndirməsi Azərbaycanın bəşəri ideyalara sadiqliyini bir daha ifadə etdi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti