...

Azərbaycanda Təhsil Nazirliyi nəzdində idarəetmə qrupu yaradılıb

Siyasət Materials 21 Noyabr 2019 09:51 (UTC +04:00)
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupu yaradılıb.
Azərbaycanda Təhsil Nazirliyi nəzdində idarəetmə qrupu yaradılıb

Bakı. Elçin Mehdiyev – Trend:

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupu yaradılıb.

Trend-in məlumatına görə, Baş nazir Əli Əsədovun qərarına əsasən, qrup, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyinin nəzdində yaradılır.

İdarəetmə Qrupunun fəaliyyəti ilə bağlı xərclər Azərbaycan Respublikası Dövlət Neft Fondunun (bundan sonra – ARDNF) vəsaiti hesabına maliyyələşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti