Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün beynəlxalq təşkilatlara dəvətlər göndərib.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov Komissiyanın bu gün keçirilən iclasında deyib.
O bildirib ki, MSK-nın dəvətlərinə artıq cavab reaksiyaları gəlməkdədir. R.Qasımov qeyd edib ki, bununla bağlı gələn həftə ictimaiyyətə ətraflı məlumat veriləcək.