Bakı. Trend:
Əfqanıstanın sabiq vitse-prezidenti Kərim Xəlili Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Trend-in məlumatına görə, məktubda deyilir:
"Zati-aliləri cənab Prezident. Doğum gününüz münasibətilə Sizə təbriklərimi çatdırır, müdrik rəhbərliyinizlə Azərbaycanda inkişaf və innovasiyanın davam etməsini arzulayıram.
Ötən yeddi ildə Bakı Qlobal Forumu vasitəsilə sülh quruculuğu sahəsində əldə etdiyiniz uğurlara görə Sizi təbrik edirəm və gələcəkdə bu sahədə görəcəyiniz işləri səbirsizliklə gözləyirəm. Yeni ilin Sizə cansağlığı, xoşbəxtlik və uğurlar gətirməsini diləyirəm".