Vüsal Qasımlı: Davos Azərbaycanın tanıdılması və ixrac imkanlarımızın artması baxımından əlverişli platformadır

Vüsal Qasımlı: Davos Azərbaycanın tanıdılması və ixrac imkanlarımızın artması baxımından əlverişli platformadır

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb. Azərbaycanın bu mötəbər toplantıda ali səviyyədə iştirakı ölkəmizin qlobal təqdimatıdır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Davos İqtisadi Forumunun gündəliyi və Azərbaycanın bu toplantıda yüksək səviyyədə təmsil olunmasının əhəmiyyəti barədə müsahibə verib.

- Bu il Davosda steykholder kapitalizmi əsas trendə çevrildi. Xahiş edirik ki, bunun mahiyyətini izah edərdiniz?

- Dünya səhmdar kapitalizmindən steykholder kapitalizminə keçir. Səhmdar kapitalizmi dedikdə, səhmdarlardan kapital toplayan məhdud məsuliyyətli təşkilatın əsas olduğu iqtisadi sistem başa düşülür. Ötən əsrin 80-ci illərində səhmdar kapitalizmini müdafiə edən iqtisadçı Milton Fridman deyirdi ki, bu yolla səhmdarlardan vəsait toplayan müəssisələr mənfəət əldə edib dövlətə vergi verirlər. Hazırda isə səhmdar kapitalizmin tənqidçiləri hesab edirlər ki, belə müəssisələr yalnız səhmdarlarının maraqlarına işləyirlər, qısamüddətli mənfəəti uzunmüddətli investisiyalardan və dayanıqlı inkişafdan üstün tuturlar. Hətta İngiltərə Bankının baş iqtisadçısı Andy Haldane deyir ki, səhmdar kapitalizmi “özü-özünü yeyir”. Çünki səhmdarlar səhmin qiymətinin maliyyə bazarlarında yüksək qalmasına çalışırlar, belədə udan yalnız maliyyə vasitəçiləridi. Səhmdar kapitalizmi cəmiyyətdə bərabərsizliyi gücləndirir, tez qazanc məqsədilə ətraf mühitə mənfi təsir edir. Buna görə də Davos İqtisadi Forumunun lideri Şvab steykholder kapitalizmi ideyasını sürəkli şəkildə müdafiə edir. Steykholder kapitalizmində isə şirkət bütün maraqlı tərəflərə (steykholderlərə) xidmət edir. Bura şirkətin müştəriləri, təchizatçılar, işçilər, səhmdarlar və yerli icmalar daxildir. Təsəvvür edin ki, dünyanın indi gəldiyi bu nəticəni Azərbaycan milli burjuaziyası bir əsr öncə neft bumu zamanı Tağıyevlər, Nağıyevlər, Əsədullayevlər və başqa mesenatların timsalında nümayiş etdirmişdi. Bu gün də Azərbaycanın bir sıra şirkətləri cənab Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban Əliyevanın çağırışına cavab verərək, sosial məsuliyyətlərini anlayaraq davamlı inkişafa xidmət edən xeyriyyəçiliklə məşğuldurlar. Hər bir özəl sektor nümayəndəsi başa düşməlidir ki, biz bir gəminin içərisindəyik və nə qədər yerli icmaya, istehlakçıya, ətraf mühitə və davamlı inkişafa sərmayə qoysaq hamımız udacağıq. Biz yanaşmanı sıfır-cəmli (zero-sum) oyundan qələbə-qələbə (win-win) formatına keçirməliyik. Əsas mənfəətin çoxluğu deyil, dəyər olmalıdır. 2018-ci ildə Bank of America Merrill Lynch-in hesablamalarına görə daha yaxşı ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərinə əməl edən şirkətlərin gəlirləri daha yüksək olub, səhmlərinin qiyməti artıb və müflisləşmə təhlükəsindən uzaq olublar. Dünyanın ən varlı adamlarından olan Bill Qeyts özü də etiraf edir ki, onun bu qədər varlı olması ədalətli deyil, bu görə də xeyriyyəçiliklə məşğul olub davamlı inkişafa dəstək verir.

Hətta korporativ qlobal vətəndaşlıq anlayışı yaranıb. Yəni təkcə öz steykholderlərinə deyil, məsələn, qlobal çağırışların həlli üçün də sərmayə yatırılır. Birinci Vitse-Prezidentimizin təşəbbüsü ilə dünyanın müxtəlif yerlərində təhsilə, səhiyyəyə, ətraf mühitə, tarixi abidələrin bərpasına verilən dəstək onu göstərir ki, Mehriban xanım qlobal vətəndaş nümunəsidir və bu Davosun builki müzakirə mövzusu ilə səsləşir.

- Davosda qlobal iqtisadiyyatın əsas çağırışları və həll yolları da müzakirəyə çıxarılır. Bu barədə nə deyə bilərsiniz?

- Davos Forumunun rəsmi açılışından bir gün əvvəl – yanvarın 20-də Beynəlxalq Valyuta Fondu (BVF) “Dünya İqtisadi İcmalı”nı təqdim etdi. Dünya iqtisadiyyatı nisbətən sabitləşsə də, qlobal artım yavaşdır. Yeni proqnozlar iqtisadi böyüməni 2019-cu ildə 2,9%, 2020-ci ildə 3,3% və 2021-ci ildə 3,4% səviyyəsində qiymətləndirir. Hansı ki, bu əvvəlki proqnozlardan daha aşağıdır. İnkişaf etməkdə olan ölkələrdə bu göstərici fərqlidir. 2019-cu ildə Azərbaycanda iqtisadi artım 2,2 % olduğu halda, inkişaf etməkdə olan Avropa ölkələrində 1,8 %, Latın Amerikası və Karib hövzəsində 0,1 %, Yaxın Şərq və Mərkəzi Asiyada 0,8 % olub. Keçən il Azərbaycan 2,2 %-lik iqtisadi artım tempi ilə həm də Rusiya (1,1 % artım) və Səudiyyə Ərəbistanı (0,2% artım) kimi karbohidrogenlə daha zəngin ölkələri geridə buraxıb. İnkişaf etməkdə olan ölkələrin arasında daha sürətlə iqtisadi artım tempinə görə Çin, Hindistan və ASEAN ölkələri öncül yerləri tutur. Bu konteksdə cənab Prezident Azərbaycanda iqtisadi artım tempinin daha da sürətləndirilməsini qarşıya əsas vəzifə olaraq qoymuşdur.

Belə şəraitdə Azərbaycan kimi inkişaf etməkdə olan və əhalisi daha sürətlə artan ölkələrdə dayanıqlı inkişafın təmin edilməsi bir çağırış olaraq qarşıda dayanır. Bu mənada ölkəmizin təcrübəsinin Davos platformasında müzakirəyə çıxarılması əhəmiyyətlidir. Kapitalizm və qloballaşma barədə tənqidlərin yüksəldiyi bir vaxtda dünya iqtisadiyyatı ticarət müharibələri, qeyri-bərabərlik və geo-siyasi qeyri-müəyyənliklərdən əziyyət çəkir. Məhz Azərbaycan liderinin də qatıldığı Davos platforması bu vəziyyətdən çıxış yolu kimi “yaşıl inkişafı” və texnologiyaların tətbiqi ilə məhsuldarlığın artırılmasını tərcih edir.

“Avrasiya: Strateji baxış” adlı paneldə müzakirə olunacaq ki, Mərkəzi Asiyada əhalinin 1/3-nin 15 yaşdan az olması bir tərəfdən çağırışlar, digər tərəfdən imkanlar yaradır. Bu müzakirələrdə Azərbaycan lideri Avrasiyada geosiyasi gərginliklər fonunda iqtisadi imkanların yaradılması və texnoloji transferin sürətləndirilməsi kimi mövzularda öz mülahizələrini bölüşəcək.

İnkişaf etməkdə olan ölkələrdə maliyyə şərtləri yumşalır, uçot dərəcələri və xarici borclanma xərcləri azaldılır. Azərbaycan Mərkəzi Bankı da bu il pul-kredit siyasətini daha da yumşaldacaq və qısamüddətli faizlərin düşməsinə çalışacaq. BVF inkişaf etməkdə olan ölkələrə aşağı inflyasiyanı əsas götürüb monetar dəstəyi gücləndirməyi təklif edir. Eyni zamanda fiskal konsolidasiyanı, davamlı inkişaf məqsədlərinə xidmət edilməsini, xüsusən səhiyyə və təhsilə sərmayə qoyuluşunu, müəssisələrin bazara çıxışının dəstəklənməsini məsləhət görür. Azərbaycan strateji yol xəritələri çərçivəsində bütün qlobal çağırışlara adekvat reaksiya verir.

- Azərbaycan Davos İqtisadi Forumunun inteqrativ və dayanıqlı inkişaf gündəliyinə nə dərəcədə uyğun siyasət yürüdür?

İqlim dəyişikliyi, kiber cinayətkarlıq, ticarət müharibələri kimi qlobal fenomenlər, həmçinin 4-cü Sənaye İnqilabının çağırışları dünyanı təhlükələrə qarşı daha həssas vəziyyətə gətirir. Lakin buna baxmayaraq, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə inteqrativ və dayanıqlı inkişafa nail olunub. Azərbaycan siyasi sabitlik, əlverişli coğrafi mövqe, zəngin iqtisadi resurslara və dərin mədəni irsə malik olmaqla Avropa və Asiyanın dəyərlərinin vahid məkanda birləşdiyi ölkədir. İnteqrativ identikliyi təşviq edən və inklüzivlik prinsiplərinə əsaslanan islahatların idarəedilməsi modelinin formalaşdırılması nəticəsində ölkəmizdə makroiqtisadi dayanıqlığın təmin edilməsi və davamlı inkişafa nail olunması mümkün olmuşdur. 2018 və 2019-cu illərdə Azərbaycanın Dünya Bankının “Doing Business” hesabatında ardıcıl olaraq 2 dəfə “top 10 islahatçı” və “top 20 islahatçı” ölkələr sırasında yer alması da bunu təsdiq edir. Eyni inkişaf və islahat göstəricilərini digər mötəbər hesabatlar, Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı” və “Heritage Fondu”nun “İqtisadi azadlıq indeksi” hesabatının nəticələri də təsdiq edir.

Biz inklüziv cəmiyyət quruculuğuna təkcə yüksək iqtisadi artımla deyil, həm də ətraf mühitin mühafizəsi kimi yüksək iqtisadi və mənəvi dəyərlərin təşviqi ilə nail oluruq. Prezident İlham Əliyev 2019-cu ili böyük Azərbaycan şairi Nəsiminin anadan olmasının 650 illiyinin şərəfinə “Nəsimi ili” elan etmişdi. Hansı ki, Nəsimi fəlsəfəsinin əsasında məhz “kamil insan” dayanır. 4-cü sənaye inqilabı şəraitində kamil insan isə özündə yüksək intellektual potensialla dərin mənəviyyatı birləşdirir. Nəsimi ili çərçivəsində ölkə ərazisində Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 1 gündə 650 min ağac əkildi. Bu isə bizim mənəvi uzlaşmanı, ətraf mühitə münasibəti, sosial dayanışmanı dayanıqlı iqtisadi inkişafla sıx vəhdətdə inkişaf etdirməyimizin uğurlu örnəklərindəndir.

Baxmayaraq ki, iqtisadiyyatımızın əsas maliyyə mənbəyi hələ ki, karbohidrogen resurslarının istismarı ilə bağlıdır, biz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasını imzalamışıq. Biz bu qlobal təşəbbüsə qoşulmaqla ətraf mühitin qorunmasının bizim üçün əhəmiyyətini və qlobal dayanıqlı inkişafa sadiqliyimizi nümayiş etdirdik. Azərbaycan həmçinin, kosmik ailənin azsaylı üzvlərindəndir və biz süni peyklərimizin imkanlarından ətraf mühitin qorunması, təbii resurslardan səmərəli istifadə edilməsində da istifadə edirik. Təsadüfi deyildir ki, aparılan qiymətləndirmələrə əsasən istixana qazlarının atmosferə buraxılmasının azaldılmasında MDB ölkələri arasında ən yüksək effektivlik göstəriciləri Azərbaycana məxsus olmuşdur.

Azərbaycan Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən dünyada gəlirlərin bərabər paylanması göstəricisinə (Gini indeksi) görə ən yaxşı göstəriciyə malikdir. Biz “heç kəsi kənarda qoymamaq” prinsipini rəhbər tutaraq, yoxsulluğun bütün formalarına son qoymaq, sosial uzlaşmanın gücləndirilməsi, bərabərsizliklərə qarşı tədbirlər görmək məqsədilə çoxsaylı beynəlxalq və regional təşəbbüslərin fəal iştirakçısı olmuş və dövlət proqramları icra edirik. Bunun nəticəsidir ki, son 16 ildə ölkəmizdə yoxsulluq səviyyəsi 9 dəfə, işsizlik səviyyəsi isə 2 dəfəyə yaxın azalmışdır. Bu baxımdan 2019-cu il xüsusilə önəmli oldu və kompleks idarəetmə islahatları ilə birgə, ölkə tarixinin ən irimiqyaslı sosial islahatları həyata keçirildi. Bu bir tərəfdən hazırki iqtisadi inkişafa xidmət edirsə, digər tərəfdən də bizim gələcək nəsillərin, xüsusilə də insan kapitalının inkişafı üçün olan investisiyamızdır. Azərbaycan əhalisi gənc olan ölkələrdəndir və Avropa ölkələri ilə müqayisədə də bizim əhalimizin sayında gənclərin xüsusi çəkisi 7 faiz daha çoxdur. Ölkə əhalisinin 40 faizdən çoxu müstəqillik dövründə dünyaya gəlmişdir. Yeni cəmiyyət quruculuğu bizdən həm də nəsillərin dəyişimi amillərini, onların həyata və işgüzar mühitə dair baxışlarını nəzərə almağımızı tələb edir. Buna əsasən, idarəetmənin bütün spektrlərində gəncləşmə siyasəti aparılır. Artıq gələcək idarəetmə “Z-nəsli” və “Minilliyin nəsli”nə məxsusdur və onların idarəetməyə cəlb olunması Azərbaycanın 4-cü sənaye inqilabının çağırışları ilə ayaqlaşa bilməsi üçün mühüm əhəmiyyətə malikdir.

- Prezident İlham Əliyev hər il olduğu kimi bu il də Davos İqtisadi Forumunda iştirak edir. Azərbaycanın bu tədbirdən gözləntiləri nədir?

Əvvəla, cənab Prezident bu platformada qlobal gündəliyin formalaşmasında birbaşa iştirak edir. Eyni zamanda bu platformada cənab Prezident öz çıxışları və görüşləri ilə Azərbaycanı dünyaya təqdim edir. Davosa təşrif buyuran minlərlə iş adamı Azərbaycan barədə ən ali səviyyədə təqdimatı görməklə ölkəmizin haqqında müsbət fikir formalaşır, ölkəyə sərmayə cəlbi stimullaşdırılır. Hər il Davosda keçirilən görüşlərin ardından yüksək texnologiyalara sahib olan şirkətlər Azərbaycana gəlir və sərmayə yatırırlar. Davos Azərbaycan məhsullarının tanıdılması və ixrac imkanlarımızın artması baxımından da əlverişli platformadır.

- Bu gün dünya dördüncü sənaye inqilabını yaşayır. Süni intellekt (AI), blokçeyn, kriptovalyutalar, robotlar, dronlar və dəqiq tibb kimi inkişaf etməkdə olan texnologiyalar həyatı sürətlə dəyişir, müəssisə və cəmiyyətləri transformasiya edir. Bəs, Azərbaycan sürətlə inkişaf edən texnologiyalarla ayaqlaşa bilmək üçün nə edir?

Bu gün elmi və texnoloji yeniliklər ənənəvi iqtisadiyyatları və sənayeni reformat edir, coğrafi hüdud anlayışını tarixə qatır, mövcud tənzimləyici çərçivələri dəyişir və hətta insan olmağın nə olduğunu yenidən sual altına qoyur. Azərbaycan dünyada sürətlə davam edən dəyişikliklərə çevik reaksiya vermək və Dördüncü Sənaye İnqilabının çağırışları ilə ayaqlaşa bilmək üçün son illər ərzində qabaqcıl texnologiyaların dövlət və özəl sektorda tətbiqi və təşviqinə başlamışdır. Hələ ötən il Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşəndə Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyuldu. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirildi. Bu əməkdaşlıqla, Azərbaycan regionda rəqəmsal ticarət və sərhədlərarası məlumat axını üzrə regionun lideri olmağı qarşısına məqsəd qoymuşdur.

Dördüncü Sənaye İnqilabının tələblərinə uyğun olaraq yeni texnologiyaların insanlara verdiyi üstünlükləri artırmaq üçün hökumət, infrastruktur, biznes və maliyyə təşkilatlarını bir araya gətirməklə Azərbaycanda Rəqəmsal Ticarət Konsorsiumu yaradılıb. Rəqəmsal Ticarət Konsorsiumun üzvü İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ölkə rəhbəri tərəfindən əsası qoyulmuş və dünyada unikal layihə hesab edilən “Digital Trade Hub” (DTH) portalını yaratmışdır. DTH dünyada ilk dəfə mobil rezidentlik xidməti, onlayn vahid ixrac ərizəsi və rəqəmsal ticarət üçün trans-sərhəd xidmətlər təqdim etmişdir. Konsorsiumun infrastruktur üzrə icraçı şirkəti AzərTelekom Azərbaycanı regionda rəqəmsal mərkəzə çevirəcək Xəzər altı fiber-optik internet xəttlərinin çəkilməsinə başlamışdır. Layihə Rəqəmsal İpək Yolu olaraq bilinən Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizi yaratmağı qarşısına məqsəd qoymuşdur. Konsorsium çərçivəsində Azərbaycanda həyata keçirilən başqa bir yenilik məsafədən bank hesablarının açılması və idarə edilməsi olmuşdur. Xidmət coğrafi hüdud anlayışını maliyyə və bank sektorunda da mücərrəd etmişdir. Konsorsiumun biznes üzvləri də fəaliyyət sahələri üzrə yeni rəqəmsal həllər təqdim etmiş, virtual ünvan və virtual köməkçi kimi yeni məhfumlar Azərbaycanın biznes mühitinə daxil edilmişdir. Bütün qeyd olunan yeniliklərin tətbiqi paylanmış ledger texnologiyalarının və X-Road sisteminin tətbiqi ilə həyata keçirilmişdir.

Qeyd edilən bu təşəbbüslər və Azərbaycanda son illərdə informasiya texnologiyaları sahəsində görülən bütün işlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. 2019-cu ildə Azərbaycan BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Komisiyası ticarətin asanlaşdırılması və kağızsız ticarətin aparılması üzrə tədqiqatında dünyada ən öndə gedən ölkələr arasında, Cənubi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionlarında isə lider olmuşdur. Azərbaycan sərhədsiz sənədsiz ticarət üzrə 50%, kağızsız ticarət üzrə 85.19%, institusional tənzimləmə və əməkdaşlıq üzrə 88.89%, formallıq üzrə 91,67%, şəffaflıq üzrə isə 93.33% olmaqla ümumilikdə 81.72%-lik göstərici əldə etmişdir. Azərbaycanın bu reytinqdə lider mövqeyə yüksəlməsi Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində mümkün olmuşdur. Ölkəmiz rəqəmsal ticarətin və sərhədlərarası məlumat mübadiləsinin təşviqi, rəqəmsallaşmanın və nağdsız dövriyyənin genişləndirilməsi, Rəqəmsal Ticarət Qovşağı, Yaşıl Dəhliz və s. sahələrdə aparılan uğurlu islahatlar fonunda öz göstəricisini 2015-ci ildən bu yana 33.23% yaxşılaşdırmışdır.

Meksika mətbuatında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair məqalə dərc olunub
Meksika mətbuatında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair məqalə dərc olunub
Mətbuat Şurası MSK-nın qarşısında keçirilmiş icazəsiz aksiyada monitorinq aparıb
Mətbuat Şurası MSK-nın qarşısında keçirilmiş icazəsiz aksiyada monitorinq aparıb
İnzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib
İnzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib
Loading Bars
Xəbər lenti
Meksika mətbuatında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair məqalə dərc olunub
NASA ən hündürdə olan buludların şəkillərini nümayiş etdirib (FOTO)
Çində yeni növ koronavirusdan ölənlərin sayı 1770 nəfərə yüksəldi
Kamerunda 14-ü uşaq olmaqla 22 nəfər öldürülüb
Şimali Makedoniya parlamenti buraxıldı
Rusiya və Türkiyə diplomatları və hərbçiləri Moskvada İdlibdəki vəziyyəti müzakirə edəcəklər
Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı 1696 nəfərə çatdı
Salyanda mina tapılıb (FOTO)
Pakistanda naməlum zəhərli qazın sızması nəticəsində ölənlər var
Azərbaycanın sərbəst güləş üzrə komandası Avropa ikincisi oldu
BƏƏ-də koronavirusa yeni yoluxma hadisəsi qeydə alındı
Avropa çempionatında Azərbaycan güləşçisindən daha bir medal
Sərbəst güləşçi Aslanbek Alborov Avropa çempionatının bürünc medalını qazandı
Yarışlardan təəssüratlar yaxşıdır, xüsusən də evə medalla geri döndüyüm üçün - Belarus idmançısı
Fransanın cənubunda turist təyyarəsi qəzaya uğrayıb
Tamaşaçı: Belə möhtəşəm yarışların ölkədə keçirilməsi əladır
Bakıda fərdi evdə yanğın olub
Fransada mövsümi işçilər işsizlikdən sığorta islahatına qarşı çıxdılar
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 16.02.2020 tarixli bölüm
Aydın Quliyev: Dövlət başçısı Paşinyanı Minsk Qrupu həmsədrləri və dünya gücləri qarşısında çıxılmaz duruma saldı
Elmar Məmmədyarov Belçikaya səfərə yollanıb
Mətbuat Şurası MSK-nın qarşısında keçirilmiş icazəsiz aksiyada monitorinq aparıb
Sevil Mikayılova: Prezident İlham Əliyev Ermənistan hakimiyyətinin tarixi saxtakarlığını tutarlı faktlar və sənədlərlə bir daha ifşa etdi
İnzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib
Rafael Ağayev Karate 1 Premyer Liqa turnirinin qızıl medalını qazanıb
Şamaxıda zəlzələ olub
Xalqın arasına çıxa bilməyənlər indi gəlib MSK-nın qabağına çıxır – Siyavuş Novruzov
Cənubi Koreyada yeni növ koronavirusa yoluxanların sayı artıb
Bakıda qanunsuz piket cəhdi bəzi radikalların xarici sifariş yerinə yetirdiklərinin göstəricisidir - Bəhruz Quliyev
Elxan Ələsgərov: Paşinyan Dağlıq Qarabağla bağlı növbəti təbliğat yalanına əl atdı
Hikmət Hacıyev: Dünya ictimaiyyəti bir daha Ermənistanın acizliyini, yalana əsaslanan tezislərinin darmadağın olduğunu gördü
Bakıda MSK qarşısında toplaşmağa cəhd edənlər ərazidən uzaqlaşdırılıb
Dünya Kuboku çərçivəsində batut gimnastikası üzrə sinxron cütlüklər yarışında qaliblər mükafatlandırılıb (FOTO)
Dünya bazarında neftin qiymətinin sabit qalmasında Azərbaycanın müstəsna rolu var - Politoloq
Buraxılış və sınaq imtahanları başa çatıb
Belarus gimnastlar kişilər arasında sinxron cütlüklərin yarışında qalib gəliblər
Tamblinq yarışlarında qaliblər mükafatlandırıldı (FOTO)
Qadınlar arasında sinxron cütlüklərin yarışında rusiyalı gimnastlar birinci yerə çıxıblar
Tamblinqdə qadınlar arasında yarışlarda rusiyalı gimnast qalib gəldi
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda final yarışları davam edir (FOTOREPORTAJ)
Tamblinqdə kişilər arasında yarışlarda mükafatçılar məlum oldu
Hikmət Babaoğlu: Prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycana aid olduğunu hamıya inandırmağı bacardı
Batut gimnastikasında fərdi proqramda qaliblər və mükafatçıların mükafatlandırma mərasimi olub (FOTO)
Fərdi proqramda çinli gimnast birinci yeri tutub (FOTO)
Bügünkü qanunsuz aksiya ilə bağlı saxlanılan yoxdur - Ehsan Zahidov
Batut gimnastikasında qadınlar arasında fərdi proqramda mükafatçılar məlum oldu
Kliniki Tibbi Mərkəzə yerləşdirilən 2 Azərbaycan vətəndaşında koronavirus şübhəsi yoxdur - AÇIQLAMA
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu həm tarixi, həm də beynəlxalq hüquq kontekstində dünya ictimaiyyətinə çatdırdı - Arzu Nağıyev
"HaberGlobal": Azərbaycan Prezidenti İlham Əliyevdən Ermənistanın baş naziri Nikol Paşinyana tarixi sillə (VİDEO)
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda yarışların ikinci günü başlayıb (FOTO)
Belarus batutçusu “SmartScoring” milli brendinin siması seçilib
Nigeriyada silahlılar kəndlərə hücum ediblər, çox sayda ölən var
Prezident İlham Əliyevin təcrübəsi, təzyiqi qarşısında Paşinyan çətin vəziyyətə düşdü - Bəxtiyar Əliyev
Çində yeni növ koronavirusdan ölənlərin sayı 1665 nəfərə çatıb
Salyanda birmərtbəli ev yanıb
Prezident İlham Əliyev Paşinyanın bütün yalanlarını faktlarla və məntiqlə ifşa etdi - Elman Məmmədov
İndoneziya sahillərində güclü zəlzələ olub
Atəşkəs snayper tüfənglərlə 22 dəfə pozuldu
Abşeronda 3 otaqlı ev yanıb
Prezident İlham Əliyev tərəfindən səsləndirilən tarixi həqiqətlər və faktlar qarşısında Paşinyan aciz durumda qaldı - Politoloq
Fərid Mustafayev Bakıda Dünya Kubokunun finalında mübarizəyə qoşulacaq
Bu gün peşə məktəblərində buraxılış imtahanları keçirilir
Oğuzda qapı-pəncərə sexi yanıb
Kolumbiya səfiri: Azərbaycanda idmana böyük diqqət göstərilir
Prezident İlham Əliyev: Ərazilərin azad edilməsi başlamasa, status üzərində razılığa gəlmək mümkün olmayacaq
Azərbaycan Prezidenti: Ermənistan rəhbərləri hər zaman danışıqların ən həlledici məqamında söhbəti davam etdirməmək üçün müəyyən bəhanə tapıblar
Prezident İlham Əliyev: Dağlıq Qarabağda heç bir erməni tarixi irsi yoxdur
Azərbaycan Prezidenti: ATƏT-in Minsk qrupu həmsədrləri, nəhayət, Ermənistan tərəfinə çox aydın şəkildə izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ müstəqil ölkə deyil!
Prezident İlham Əliyev: Sülh danışıqları nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün saxlanılmasını təmin etməlidir
Komediya şousu zamanı atışma olub: ölən var
Ruhani: Qadınlara yüksək vəzifələrdə işləmək imkanı verilməlidir
Qazaxda "VAZ" yanıb
Ərdoğan ilə Tramp arasında telefon danışığı aparılıb
Bakıda sinxron cütlər arasında batut gimnastikası üzrə yarışlarda finalçılar müəyyənləşib
Fərdi proqramda kişilər və qadınlar arasında batut gimnastikası və tamblinq üzrə yarışların finalçıları müəyyənləşib
Narkotik satmaqda şübhəli bilinən Bakı sakini saxlanılıb
Ayaz Mütəllibov: Paşinyanın dedikləri gülüncdür, mən heç vaxt Xocalı soyqırımında azərbaycanlıların iştirak etdiklərini deməmişəm
Prezident İlham Əliyev: Ermənistanın baş naziri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsl mənasını uğursuz olaraq şərh edir
Prezident İlham Əliyev: Status məsələsi Azərbaycanın ərazi bütövlüyü ilə qarışdırılmamalıdır
XİN: Vəziyyətin gərginləşməsinə xidmət edən qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür
Prezident İlham Əliyev növbəti dəfə Paşinyanı çıxılmaz vəziyyətə saldı
Prezident İlham Əliyev: Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil
Prezident İlham Əliyev: Ermənistanın bütün liderləri mövcud status-kvonu müxtəlif yollarla saxlamağa çalışıblar
Prezident İlham Əliyev: Ermənilər işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər
Paşinyan Prezident İlham Əliyevin qarşısında növbəti dəfə aciz durumda qaldı
Prezident İlham Əliyev: Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır
Prezident İlham Əliyev: Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və mülki azərbaycanlılara qarşı etnik təmizləmə aparıb
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib (FOTO) (YENİLƏNİB)
Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü olub (FOTO) (YENİLƏNİB)
Samux sakininin avtomobilindən narkotik və saxta pul götürüldü
Deputat: Onlar Azərbaycanın mövqeyindən çıxış etməyə məcburdur
Kolumbiya səfiri batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku çərçivəsində idmançılarla görüşüb (FOTO)
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaşa çevrilib – Pərvin Kərimzadə
Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda tamaşaçıların emosiyaları (FOTO)
Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanıldı
Azərbaycan gimnastı Selcan Maqsudova Dünya Kubokunda öz proqramını təqdim edib (FOTO)
Dünyamalı Kərəmin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib (FOTO)
Pul və dönər aparatı oğurlayan keçmiş məhkum saxlanılıb
Hərbi qulluqçumuz şəhid oldu
Bütün xəbərlər