...

Kürdəmirdə səsvermə seçicilərin fəallığı şəraitində keçir

Siyasət Materials 9 Fevral 2020 12:14 (UTC +04:00)
57 saylı Kürdəmir seçki dairəsi üzrə fəaliyyət göstərən 42 məntəqədə Milli Məclisə seçkilərin mühüm mərhələsi olan səsvermə kampaniyası səhər saatlarından etibarən seçkilərin fəallığı şəraitində keçir.
Kürdəmirdə səsvermə seçicilərin fəallığı şəraitində keçir

Bakı. Trend:

57 saylı Kürdəmir seçki dairəsi üzrə fəaliyyət göstərən 42 məntəqədə Milli Məclisə seçkilərin mühüm mərhələsi olan səsvermə kampaniyası səhər saatlarından etibarən seçkilərin fəallığı şəraitində keçir.

Trend-in məlumatına görə, dairənin sədri Əbülfət Mikayılov bildirib ki, səsvermə mütəşəkkil, demokratik şəraitdə və şəffaf keçir. Seçkilərdə dairə üzrə 43 min 110 seçici iştirak etməlidir. Onlar 10 namizəd arasında istədiyi şəxsə səs verəcəklər.

Qeyd edək ki, səsvermənin gedişini ayrı-ayrı siyasi partiyalardan 824 nəfər müşahidəçi izləyir. Onlardan 200 nəfəri öz təşəbbüsü ilə, qalanları isə siyasi partiyalardan və namizədlər tərəfindən müəyyənləşdirilən müşahidəçilərdir.

İlk saatlardan etibarən məntəqələrdə qələbəlik hökm sürür. Bu, vətəndaşların Milli Məclisə seçkilərə göstərdikləri məsuliyyət və maraqları ilə əlaqədardır. Şəhərin mərkəzində yerləşən 3 saylı məntəqədə səsverməyə gələn 65 yaşlı Maşallah Nəbiyev deyib: “Milli Məclisə layiqli şəxslər deputat seçilməlidir. Onlar daim xalqın içində olan, onun qayğıları ilə maraqlanan insanlar olmalıdırlar. Ona görə də bir seçici kimi layiq bildiyim namizədə səs verməyə gəlmişəm. Məntəqədə sərbəst, heç bir maneə olmadan səs vermək üçün hər cür şərait yaradılıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti