Dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsində

Dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsində

Bakı. Trend:

Yüksək beynəlxalq nüfuza, müsbət reputasiyaya malik olan, dünyada böyük etimad qazanan müstəqil Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz praqmatik və çoxvektorlu xarici siyasət kursu ilə regional və qlobal təhlükəsizliyə fundamental töhfələr verir, beynəlxalq miqyasda əməkdaşlığın dərinləşməsində və inteqrasiyanın intensiv xarakter daşımasında mühüm rol oynayır. Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılan transmilli enerji və nəqliyyat-kommunikasiya layihələrinin səmərəli geostrateji nəticələri bunun bariz nümunəsidir.

Bəhs olunan aşkar reallıqların fonunda istər regional, istərsə də qlobal miqyasda mühüm təsir imkanları və mexanizmlərinə malik olan müstəqil milli dövlətlər, eləcə də beynəlxalq münasibətlər sistemində güc mərkəzləri kimi çıxış edən ölkələr tərəfindən Azərbaycanın dünya siyasətində fəal rolu yüksək qiymətləndirilir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük əhəmiyyət verilir. Bu baxımdan, Avropanın lokomotiv aktorlarından olan İtaliya Respublikasının Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verməsi ayrıca qeyd edilməlidir. Öz növbəsində, Azərbaycanın xarici siyasət kursunda da İtaliya ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur.

Heç şübhəsiz, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyaya dövlət səfəri tərəflər arasında müxtəlif sahələri əhatə edən çoxşaxəli əlaqələrin inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Əlamətdar haldır ki, bu səfər cari ildə İtaliyaya xarici ölkələrin dövlət başçıları tərəfindən edilən ilk dövlət səfəridir. Bu fakt İtaliyanın Azərbaycanla dostluq və tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafına verdiyi dəyərin bariz nümunəsi - əyani ifadəsidir. Dövlətimizin başçısının bəhs olunan ölkəyə səfəri zamanı keçirilən görüşlər və imzalanan çoxsaylı sənədlər iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın yüksək səviyyədə olmasını əks etdirir. Azərbaycan Prezidentinin italiyalı həmkarı Sercio Mattarella, İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Konte, İtaliya Respublikası Senatının Sədri xanım Maria Elisabetta Alberti Kaselatti və Deputatlar Palatasının Sədri Roberto Fiko ilə görüşləri zamanı səsləndirilən fikirlər iki ölkə arasında münasibətlərin həm də yaxşı perspektivlərə malik olmasını təsdiq edir. Səfər çərçivəsində iki dövlət arasında ümumilikdə 28 sənədin imzalanması isə siyasi, müdafiə, iqtisadi-ticarət, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəni, elmi, turizm, idman sahələrində əlaqələrin inkişafına vacib töhfədir.

Ən mühüm məqamlardan biri isə "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə"nin imzalanmasıdır. Sənəd bilavasitə Prezident İlham Əliyev və Baş Nazir Cüzeppe Konte tərəfindən imzalanıb. Birgə Bəyannamədə tərəflərin bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək ifadə etmələri isə strateji əhəmiyyətə malikdir. Sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında, BMT və ATƏT-in müvafiq sənəd və qərarlarında təsbit olunduğu kimi, habelə ATƏT-in himayəsi altında aparılan danışıqlar prosesi çərçivəsində sülh yolu ilə nizamlanmasının birmənalı şəkildə dəstəklənməsi tarixi önəm kəsb edir.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, dünyanın diqqətində olan 56-cı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Azərbaycan Prezidenti tərəfindən tarixi, hüquqi və siyasi reallıqların beynəlxalq ictimaiyyətin diqqətinə qətiyyətlə çatdırılmasındam sonra sözegedən strateji sənəddə ölkəmizin haqlı və ədalətli mövqeyinə dəstək xarakterli müddəaların əksini tapması növbəti mühüm diplomatik nailiyyətdir.

Başqa sözlə, Avropa İttifaqının aparıcı ölkələrindən biri ilə imzalanmış Birgə Bəyannamədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktı, BMT və ATƏT tərəfindən qəbul edilmiş qətnamə və qərarlar əsasında həll olunmasınin göstərilməsi Azərbaycanın ardıcıl və məqsədyönlü strateji diplomatiya siyasətinin çox əhəmiyyətli uğurudur. Birgə Bəyannamədə əksini tapmış mühüm məsələlərdən biri tərəflərin Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin vaxtında tamamlanması üçün səylər göstərəcəklərini ifadə etmələridir. Bu, heç şübhəsiz, regional və beynəlxalq təhlükəsizlik, o cümlədən Avropanın enerji təhlükəsizliyi baxımından olduqca önəmlidir. Çünki TAP Cənub Qaz Dəhlizinin tam fəaliyyət göstərməsinə, Azərbaycan qazının Avropaya çatdırılmasına yeni imkanlar yaradacaq. Beləliklə, təbii qaz mənbələrinin və təchizat marşrutlarının şaxələndirilməsi ilə Avropa enerji təhlükəsizliyi möhkəmləndirilmiş olacaq.

Bütövlükdə, Azərbaycanın təşəbbüsü ilə reallaşan və Avropanın ən böyük infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Azərbaycan İtaliya ilə sıx əməkdaşlığı strateji xarakter daşıyır. Səfər zamanı diqqət mərkəzində olan əhəmiyyətli məsələlərdən biri tərəflər arasında ticari-iqtisadi münasibətlərin inkişafı oldu. Məlumdur ki, İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. Keçən il İtaliya ilə ümumi ticarət dövriyyəmiz 6 milyard dollardan artıq olub. Ümumilikdə isə, İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizi Azərbaycanın payına düşür. Ötən il Azərbaycan İtaliyanın ən böyük xam neft təchizatçısı olub. Bu faktlar həm də dünya iqtisadiyyatına uğurla inteqrasiya edən Azərbaycanın beynəlxalq miqyasda səmərəli və məhsuldar ticari-iqtisadi əlaqələrinin daha bir göstəricisidir.

Nəticə etibarilə, dövlətimizin başçısının bəhs olunan səfəri, səfər çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən sənədlərin imzalanması və digər mühüm faktlar dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətlərinin yeni inkişaf mərhələsinə yüksəldiyini deməyə əsas verir.

Siyavuş Novruzov

YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri

Prezident İlham Əliyev ADA Universitetində keçirilən konfransda çıxış edir - CANLI
Prezident İlham Əliyev ADA Universitetində keçirilən konfransda çıxış edir - CANLI
Deputatlar bu gün 9 məsələnin müzakirəsinə toplaşır
Deputatlar bu gün 9 məsələnin müzakirəsinə toplaşır
Ali Baş Komandan Qarabağ vədini reallaşdırdı: Azərbaycan xalqı etimadında yanılmadı
Ali Baş Komandan Qarabağ vədini reallaşdırdı: Azərbaycan xalqı etimadında yanılmadı
Loading Bars
Xəbər lenti
Balakəndə koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
Mart ayında pensiya alanların ümumi sayı 715 mindən çox olub
Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1192 zəng qəbul edilib
Prezident İlham Əliyev ADA Universitetində keçirilən konfransda çıxış edir - CANLI
25 şəhər və rayonda buraxılış imtahanı keçiriləcək
Cəbrayıl və Qubadlıda jurnalistlərin iştirakı ilə ağacəkmə aksiyası keçiriləcək
Bu il Ramazan ayı ötən ilki qaydalar çərçivəsində keçiriləcək - Hacı Şahin
Deputatlar bu gün 9 məsələnin müzakirəsinə toplaşır
Ağ Şəhərdə yağış suları kollektorlarının çəkilişi davam edir (FOTO)
Siyəzəndə gənc qız kanalda batıb
Aprelin 13-də xarici valyutaların manata qarşı məzənnələri
Qazaxıstanda son sutkada koronavirusa 2 016 nəfər yoluxub
Ali Baş Komandan Qarabağ vədini reallaşdırdı: Azərbaycan xalqı etimadında yanılmadı
Tovuzda toy mərasiminin keçirilməsinin qarşısı alınıb
ABŞ ordusunun Əfqanıstandan çıxardılması planları hazırlanıb
Rusiya Türkiyə və Tanzaniya ilə hava əlaqəsini dayandırır
Türkiyədə son sutkada koronavirusdan 41 218 nəfər sağalıb
ABŞ-da naməlum şəxs məktəbdə atışma törədib, ölən var
Rusiyanın şərqində zəlzələ baş verib
Meksika radiosunda Azərbaycan tərəfindən Qarabağda aparılan yenidənqurma işləri üçün mövcud maneələr haqda danışılıb
Dünyanın ən hündür “Bürc-Xəlifə” qülləsində kosmosa ilk uçan Yuri Qaqarinin şəkili əks olunub
Çavuşoğlu və Blinken Əfqanıstan və Suriyadakı sülh prosesini müzakirə ediblər
Hindistan Rusiyanın “Sputnik V” peyvəndini istifadə üçün təsdiqlədi
Türkiyədən Azərbaycana işləmək məqsədilə gələnlərin sayı azalıb
Dünyada koronavirusa yoluxanların sayı 135,6 milyonu ötüb - ÜST
Naxçıvanda yük daşımalarının həcmi artıb
Mingəçevir Dövlət Universitetinin “Peşəkarla görüş” layihəsinin növbəti qonağı Vüqar Bayramov olub (FOTO)
Prezidentlik dövrünün ən gərgin və ən zəngin mərhələsi: İlham Əliyevi güclü edən xalq-iqtidar birliyidir
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - İtaliyalı parlamentari
Qarabağ münaqişəsi ilə bağlı hər şeyi sıfırdan başlamağı ancaq özünə və xalqına güvənən bir Lider bacara bilərdi - Aydın Quliyev
"Maersk Explorer" "Şahdəniz" yatağında qazma işlərini başa çatdırıb
Prezident İlham Əliyev xalq-iqtidar birliyindən güc alaraq qarşıda duran vəzifələri şərəflə yerinə yetirir - Politoloq
Hərbi Qənimətlər Parkı aprelin 14-dən vətəndaşlara açıq olacaq
Naxçıvanda ÜDM artıb
Azərbaycan pomidor ixracı potensialını 30 faizdən çox yüksəldib
Ermənistan minalanmış ərazilərin xəritələrini verməməklə təcavüzü davam etdirir - Deputat
Goranboyda qayda pozan sürücülər məsuliyyətə cəlb edilib (FOTO)
Naxçıvan Muxtar Respublikasında sənaye istehsalı 250 milyon manatı ötüb
Xalq Cəbhəsi - “Müsavat” cütlüyünün hakimiyyəti dövründə ölkə idarəolunmaz vəziyyətə düşmüşdü - Deputat
Ramazan ayını karantin qaydalarına uyğun keçirməliyik - Hacı Şahin
Füzulidə polis və hərbi qulluqçu avtomobllə vurulub
50 obyektdə epidemiya əleyhinə rejim pozulub
Kommersiya şirkətlərinin mühasibləri və mühasibatlıq xidmətləri həyata keçirən şirkətlərin nümayəndələri ilə görüş keçirilib
Finlandiya kosmosa ilk dəfə taxta peyk göndərəcək
Ceyhun Bayramov Maldivin xarici işlər naziri ilə telefonla danışıb
Milli Məclisin işçi qrupu İtaliya nümayəndə heyəti ilə müzakirələr aparıb (FOTO)
Azərbaycan Prezidenti: Heydər Əliyevin bütün vəzifələrdən uzaqlaşdırılması ilə ermənilərin əlinə fürsət düşdü
“Əsas Məsələ”də Hərbi Qənimətlər Parkının açılışı müzakirə olunub (VİDEO)
Daha 35 min abonentin qaz təchizatı yaxşılaşdırılır (FOTO)
Prezident İlham Əliyev: Bütün türk dünyası bizim qələbəmizlə fəxr edir
Prezident İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat hakimiyyəti Ermənistana benzin satırdı
Azərbaycan Prezidenti: Biz qan tökərək yeni reallıq yaratmışıq, bu gün hər kəs bizimlə hesablaşmalıdır
Azərbaycan Prezidenti: Bu gün Ermənistanda bəzi revanşist qüvvələr də bilməlidir, dəmir yumruq yerindədir
Prezident İlham Əliyev: Ermənistan bizim qarşımızda boynunu bükmüş ölkədir və həmişə belə olacaq
Prezident İlham Əliyev: Mən nə qədər təzyiqlə üzləşdim. Dedim, vermirsən, cəhənnəmə vermə
Azərbaycan Prezidenti: Müharibə gedə-gedə bizə qarşı sanksiyalar tətbiq etmək istəyirdilər
Çaylarda ən müasir avtomat hidroloji stansiyalar istismara verilib (FOTO)
Prezident İlham Əliyev İrəvanın Ermənistana verilməsi haqqında: Mən bunu qınamışam, biz tarixi malalamamalıyıq
Rusiya Azərbaycanın daha bir neçə müəssisəsindən pomidor ixracı qadağasını götürdü
Zaqatalada 10 il əvvəl qətl törədən şəxsə hökm oxunub
Prezident İlham Əliyev: Demişdim ki, bizim torpağımızda heç vaxt ikinci erməni dövləti yaradıla bilməz
Prezident İlham Əliyev: Qarabağ məsələsində bir faiz güzəştə getmədim
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyünün tör-töküntüləri hərbi çevriliş etmək istəmişdilər, alınmadı, xalq dəstəkləmədi
Aprelin 13-nə USD/AZN rəsmi məzənnəsi
Prezident İlham Əliyev: On min fərarisi olan ordu biabırçılıq və rəzalətdir
Azərbaycan Prezidenti: Söz vermişdim ki, ərazi bütövlüyünü qoruyacağam və bu sözə əməl etdim
Prezident İlham Əliyev AXC-Müsavat cütlüyü haqqında: Öz canlarını qurtarmaq üçün o vaxt məcbur olub Heydər Əliyevə müraciət etdilər
TamKart və IBA Miles sahibləri kart qalığından da qazanır!
Prezident İlham Əliyev: O vaxt müdafiə naziri söz vermişdi, əgər Şuşa əldən getsə, öz başına güllə çaxacaq
Azərbaycan Prezidenti: Dünya erməniliyinin əsas hədəfi Heydər Əliyev idi
Azərbaycan Prezidenti: Ovaxtkı xunta başçısı Sarkisyan acı məğlubiyyətdən sonra mənə torpaqları qaytarmaq sözü vermişdi
Yasamalda bir ailənin üzvlərinə odlu silahdan atəş açan şəxs saxlanıldı (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Müharibənin getdiyi dövrdə göstəriş vermişdim ki, nömrələr yığılsın
Prezident İlham Əliyev: Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun gücünü görəcək
Azərbaycan Prezidenti: Biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq
Prezident İlham Əliyev: Haradandır “İsgəndər-M” raketləri Ermənistan ordusunda?
Yelo Bank tələbələrə karyera imkanları yaratmağa davam edir
“Nar” paytaxt və regionlarda yenilənmiş xidmət mərkəzlərini təqdim edir (FOTO)
Arvadını öldürən şəxsin işi məhkəməyə göndərildi
Ceyhun Bayramov İtaliya Senatının Komissiya sədri ilə görüşüb (FOTO)
Parisdə xəstəxana yaxınlığında atışma olub - Ölən var
Azərbaycanla İtaliya arasında əməkdaşlığın inkişafı müzakirə olunub
“Mozalan” efirə qayıdır (VİDEO)
Revanşist iddialar Ermənistanı məhvə apara bilər - Deputat
"Ziraat Bank" Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqlayıb
Kürdəmirin sabiq icra başçısının həbs müddəti uzadıldı
Neftçalanın 14 kəndi içməli su ilə təmin edilir - "Azərsu"
DİN Neftçalada 16 yaşlı əqli zəif qızla bağlı yayılan ittihamlara cavab verdi
AzMİU-da vaksinasiya prosesi uğurla davam edir
Özünüməşğulluq proqramında yeni sahə - BARAMAÇILIQ
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda 1 151 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib
Daha 70-ə yaxın jurnalist vaksinasiya olundu
Cəlilabadın sabiq icra başçısının həbs müddəti uzadıldı
Şəmkirdə tanışını qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Azərbaycanda postmüharibə dövrü üçün əhatəli sosial dəstək proqramı hazırlanıb - Səttar Möhbalıyev
Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanının nəticələri elan olunub
Rusiyada fabrik yanır - Ölən və yaralananlar var
Yanvar-mart aylarında qeyri-neft məhsullarının ixracı 501,6 milyon dollar təşkil edib - Nazir
Xaçmazın icra başçısı topçu Vüsalı evində ziyarət etdi (FOTO)
Bütün xəbərlər