...

Qubada 10 ədəd subartezian quyusu qazılacaq - SƏRƏNCAM

Siyasət Materials 2 Aprel 2020 11:52 (UTC +04:00)
Prezident İlham Əliyev Quba rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Qubada 10 ədəd subartezian quyusu qazılacaq - SƏRƏNCAM

Bakı. Trend:

Prezident İlham Əliyev Quba rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncamda qeyd edilir:

"Quba rayonunun əhalisi 33190 nəfər olan 9 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700,0 (yeddi yüz) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Quba rayonunda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı

Sıra

№-si

Yaşayış məntəqələri

Quyuların

sayı, ədəd

Əhalinin

sayı, nəfər

Alekseyevka kəndi

1

3687

Amsarqışlaq kəndi

1

1001

Birinci Nügədi kəndi

1

9192

Davudoba kəndi

1

779

Gədikqışlaq kəndi

1

458

İkinci Nügədi kəndi

1

11340

Vəlvələ kəndi

1

1885

Yalavanc kəndi

1

322

Zərdabi qəsəbəsi

2

4526

Cəmi

10

33 190

Məqalədə:
Xəbər lenti

Xəbər lenti