...

Kasım-Jomart Tokayev: Türk Şurası çoxtərəfli məsələlərin müzakirə olunduğu platformaya çevrilib

Siyasət Materials 10 Aprel 2020 22:43 (UTC +04:00)
Türk Şurası çoxtərəfli məsələlərin müzakirə olunduğu platformaya çevrilib
Kasım-Jomart Tokayev: Türk Şurası çoxtərəfli məsələlərin müzakirə olunduğu platformaya çevrilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Türk Şurası çoxtərəfli məsələlərin müzakirə olunduğu platformaya çevrilib.

Trend-in məlumatına görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.

O deyib:

"Çıxışımın əvvəlində bugünkü tədbirin təşəbbüskarı olan Azərbaycan Prezidentinə səmimi qəlbdən minnətdarlığımı bildirirəm. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesusa təşəkkür edirəm ki, bu gün bizimlə bir yerdədir. Artıq Türk Şurası çoxtərəfli məsələlərin müzakirə olunduğu platformaya çevrilib. Bu, bizim ölkələrimizin ümumi nailiyyətidir".

Hazırkı Zirvə görüşünün çətin zamanda - pandemiya dövründə keçirildiyini vurğulayan Qazaxıstan dövlətinin başçısı vurğuladı ki, bütün ölkələr səyləri birləşdirməlidir. O qeyd etdi ki, müzakirələr zamanı gündəlikdə duran əsas məsələ pandemiyanın yayılmasının qarşısını almaq üçün atılacaq addımların müəyyənləşdirilməsidir. Qazaxıstan Prezidenti ölkəsində virusun qarşısının alınması ilə bağlı görülən işlərdən danışdı. Vurğuladı ki, hazırkı vəziyyət qlobal iqtisadiyyatın inkişaf templərinə mənfi təsir edib, qlobal geosiyasi və iqtisadi vəziyyəti dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti