...

Rufiz Qonaqov: Qərbin özünü "demokratiya carçısı" adlandıran institutları Ermənistanda baş verən hadisələrə hələ də susur

Siyasət Materials 18 İyun 2020 15:44 (UTC +04:00)
Rufiz Qonaqov: Qərbin özünü "demokratiya carçısı" adlandıran institutları Ermənistanda baş verən hadisələrə hələ də susur

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün işğalçı Ermənistanda siyasi oponentlərə qarşı həyata keçirilən represiyalar onu göstərir ki, Paşinyan hökuməti artıq xalqın dəstəyini tamamilə itirib.

Bunu Trend-ə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib.

R.Qonaqov bildirib ki, iyunun 16 da parlamentdə "Çiçəklənən Elmənistan" fraksiyasının rəhbəri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığından məhrum edilməsi və həbsinə hazırlıq onu göstərirki, Paşinyan ölkədə qorxu mühiti yaratmaqla öz hakimiyyətinin ömrünü uzatmaq istəyir:

“Əfsuslar olsun ki, Ermənistanda bu gün söz və mətbuat azadlığının pozulmasına, siyasi represiyalara baxmayaraq, Qərbin özünü "demokratiya carçısı" adlandıran inistitutları hələdə susur və lazımı reaksiyanı bu ölkəyə göstərmir. Məlumdur ki, Ermənistan vassal ölkə olaraq, heç bir müstəqil xarici və daxili siyasətə malik olmayan işğalçı və terrorçu ölkədir. Amma beynəlxalq qurumlar və ATƏT in Minsk Qrupu işğalçını hələ də öz adı ilə çağırmır”.

R.Qonaqov qeyd edib ki, bütün bunlar dünyada Corc Soros kimi institutların ikili standartlardan çıxış etməsini, ədalətsizlik nümayiş etdirdiyini və beynəlxalq hüququn hələdə işləmədiyini göstərir:

“Ermənistan bu gün faşizmi təbliğ etməklə bütün dünyaya meydan oxuyur. Amma dünya birliyi lazımi ölçü və qiymət vermir bu ölkəyə. Bu vəziyyət isə uzun müddət davam etdikcə Ermənistan dahada azğınlaşır. Bu bütövlükdə dünyaya təhdid və meydan oxumaq deməkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti