...

İƏT PA Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayan bəyanat verib

Siyasət Materials 14 İyul 2020 15:22 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi cənab Muhammed Xurayçi Niyas Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti hərbi təxribatına dair bəyanatla çıxış edib.
İƏT PA Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayan bəyanat verib

Bakı. Elçin Mehdiyev – Trend:

İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Baş katibi Muhammed Xurayçi Niyas Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti hərbi təxribatına dair bəyanatla çıxış edib.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bəyanatda Baş katib Ermənistan ordusu tərəfindən edilən hücumdan dərin narahatlığını ifadə edir.

İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Muhammed Xurayçi Niyas tərəfindən verilən bəyanatda Ermənistan Respublikasının, İslam Əməkdaşlıq Təşkilatına üzv olan Azərbaycan Respublikasına qarşı təcavüzü pislənilir, bir daha bu hücumdan və Azərbaycan ərazilərinin bir hissəsinin işğalının əbədiləşdirilməsindən dərin narahatlıq ifadə olunur.

Baş katibin bəyanatında, həmçinin vurğulanır ki, Muhammed Xurayçi Niyas İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 2020-ci ilin yanvar ayında Burkina Fasoda keçirilən 15-ci Konfransından başqa digər konfransların qətnamə və qərarlarına əsasən, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 ( 1993) və 884 (1993) saylı qətnamələrinə əsasən, erməni qüvvələrini Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, qeyri-şərtsiz və tamamilə çıxarmağa çağırır və Ermənistanın onlara tabe olmağa məcbur edilməsi üçün bu Qərar və Qətnamələrin ciddi şəkildə yerinə yetirilməsini tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti