Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərib

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərib

Bakı. Trend:

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.

Trend-in məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Sizi səmimiyyətlə salamlayıram.

Bu gün Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin növbəti ildönümüdür. Bu çevriliş cəhdi Türkiyə dövlətinə qarşı yönəlmiş xain plan idi. Sizin qəhrəmanlığınız və Türkiyə xalqının Sizə olan sevgisi sayəsində qardaş ölkəniz bu çətin sınaqdan daha da güclü çıxmışdır. “Demokratiya və Milli Birlik Günü” xalqınızın öz dövlətçiliyinə və demokratik ənənələrinə sadiqliyinin bariz nümunəsidir.

Mən dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını verən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirəm.

Türkiyə dövlətinə və xalqına qarşı olan bu xəyanətkar dövlət çevrilişi cəhdini ilk dəqiqələrdən ən qəti şəkildə pisləyən ölkə Azərbaycan olmuşdur. Bununla Azərbaycan xalqı və dövləti qardaş Türkiyənin yanında olduğunu göstərmişdir.

Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” şüarı əsasında həm sevincli, həm də kədərli günlərdə daim bir-birinə dayaqdırlar.

Biz də bütün məsələlərdə Türkiyənin güclü dəstəyini hiss edirik. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Türkiyə hər zaman Azərbaycanla həmrəy olmuş, bütün beynəlxalq təşkilatlarda ölkəmizin haqlı mövqeyini müdafiə etmişdir.

İyulun 12-də Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində hərbi təxribat törətmişdir. Bu, Ermənistanın Azərbaycana qarşı növbəti xəyanətkar aqressiya aktıdır və bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir. Bu qəfil və xain hücum nəticəsində Azərbaycan Ordusunun hərbçiləri, eyni zamanda, mülki şəxslər həlak olmuş və yaralanmışdır.

Azərbaycan Ordusu bu təxribata layiqli cavab vermişdir. Şəhidlərimizin qisası alınmışdır. Onların qanı yerdə qalmamışdır, bundan sonra da qalmayacaqdır. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü təmin edəcəkdir.

Bu hadisə adi sərhəd toqquşması deyil, Ermənistanın işğalçı siyasətinin davamıdır. Hər zaman olduğu kimi, bu gün də Ermənistan rəhbərliyi öz ikiüzlü və riyakar siyasətinə sadiq qalaraq həm öz ictimaiyyətini, həm də dünya birliyini aldatmağa çalışır. Ölkələrində hökm sürən sosial-iqtisadi problemlərin fonunda Azərbaycanla münaqişəni alovlandırmaqla müəyyən məqsədlərə çatmaq istəyirlər.

Ermənistanın Azərbaycana qarşı hərbi hücumuna ilk reaksiyanı qardaş Türkiyə Respublikası vermişdir. Dünənki çıxışınızda Ermənistanın təxribatları ilə bağlı Türkiyənin qəti mövqeyini bir daha ifadə etdiniz. Azərbaycana göstərdiyiniz dəstəyi xalqımız yüksək qiymətləndirir.

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi regionda sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edən, əməkdaşlığın inkişafına töhfə verən mühüm amildir. Əminəm ki, birliyimiz və həmrəyliyimiz bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq möhkəmlənəcək və genişlənəcəkdir.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Suraxanı rayonunda “Böyük Zəfər” məhəllələrarası mini futbol yarışlarının rayon turu başa çatıb (FOTO)
Suraxanı rayonunda “Böyük Zəfər” məhəllələrarası mini futbol yarışlarının rayon turu başa çatıb (FOTO)
“Tottenhem” - “Renn” oyunu COVID-19-a yoluxma hallarına görə təxirə salınıb
“Tottenhem” - “Renn” oyunu COVID-19-a yoluxma hallarına görə təxirə salınıb
"Barselona" Çempionlar Liqasının pley-off mərhələsinə çıxa bilməyib
"Barselona" Çempionlar Liqasının pley-off mərhələsinə çıxa bilməyib
Loading Bars
Xəbər lenti
Unibank sahibkarlar üçün qış kampaniyası keçirir
Apple Pay ilə ödəyin, 15 AZN keşbək qazanın!
İraqın şimalında üç Türkiyə hərbçisi həlak olub
Prezident İlham Əliyev Almaniyanın Federal Kanslerini təbrik edib
Səyyar vaksinasiya məntəqələrinin sayı azaldılıb - SƏBƏB
Xəstəni FHN-in modul tipli xəstəxanasına yerləşdirmək üçün 1000 manat verdim - Şahid
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1315 nəfər COVID-19-a yoluxub, 19 nəfər ölüb
Vahid əlaqələndirmə mərkəzlərinə 4 mindən çox müraciət olub
ABŞ-dakı “Demokratiya naminə sammit” demokratiya ilə əlaqəsi olmayan faydasız dialoqdur - TƏHLİL
Polis narkotacirlərə qarşı əməliyyat keçirdi, 22 nəfər saxlanıldı (FOTO/VİDEO)
ADA Universitetinin əməkdaşları Mingəçevir Dövlət Universitetində seminar keçiriblər (FOTO)
Koronavirus xəstəsi olan ananın dünyaya gətirdiyi uşaq virusa yoluxa bilərmi?
Energetika naziri Almaniyanın ölkəmizdəki səfirini qəbul edib
Qırğız Respublikasının Azərbaycandakı səfiri Mətbuat Şurasında olub (FOTO)
“Azərişıq” əməkdaşına məxsus avtomobilin yandırılmasına münasibət bildirib
Keçmiş Naxçıvan MTN-in polkovnikinin həbsxanada ölüm səbəbi açıqlandı - RƏSMİ
Azad edilmiş ərazilərdə tikinti işləri ilə məşğul olan şəxsdən narkotik götürülüb
Vətəndaşların kommunal problemlərlə bağlı müraciətlərinə elektron formada baxılacaq
Daşaltıda iki vətəndaşımızın minaya düşərək həlak olması Ermənistanın terrorçu mahiyyətini ortaya qoyur - Sevil Mikayılova
Şəmkirdə qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri aşkarlanıb (FOTO)
Bakının bu hissəsində içməli su fasilə ilə veriləcək
Qubada "patı" satanlar saxlanıldı (FOTO/VİDEO)
“ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi
İranda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb
Ticarət obyektlərində geyimdəyişmə otaqlarından istifadəyə icazə verildi - RƏSMİ
Gənclər və İdman Nazirliyində aparılan kadr islahatları davamlı olacaq - Fərid Qayıbov
Müştərilərə qəlyan təklif edən çay evi aşkarlanıb
Millət vəkili Sevil Mikayılova növbəti dəfə Xaçmazda seçiciləri ilə görüşüb (FOTO)
Azərbaycana birbaşa xarici investisiyalar 3,5 milyard dolları ötüb
"Bakı" şadlıq sarayının rəhbərliyi cərimələnib
Avropanın 3 ölkəsindən bəzi məhsulların idxalı məhdudlaşdırılıb
Ağcabədidə kişi həyat yoldaşı və qayınatasını bıçaqlayıb
BP ilə birgə layihənin gələn ildən başlanılması planlaşdırılır - Nazir
Tovuz çayı üzərində 290 metr uzunluğa malik körpü inşa edilir (FOTO)
İranda ötən sutka 78 nəfər koronavirusdan ölüb
Müharibə dövründə xarici kiberhücumların əsas istiqaməti Mərkəzi Banka yönəlmişdi - CERT
Qrant müsabiqəsinə sənəd qəbulu davam edir
Universitet bitirməmişəm, Vidadi müəllimlə dost idik, ona görə də məni direktor təyin etdi - "Azər-İlmə"nin direktoru
Azərbaycanda Media Reyestrinin yaradılmasının məqsədi açıqlanıb
İndiyə qədər minaya düşərək həlak olan və yaralananların sayı açıqlanıb
Azərbaycanda imtiyazların tətbiq oluna biləcəyi jurnalistlərin dairəsi müəyyənləşir
Şuşada mülki şəxslərin minaya düşərək həlak olması ilə bağlı cinayət işi açılıb
Daşaltıda piyada əleyhinə minanın altına tank əleyhinə mina qoyulub - ANAMA
*Yenilənmiş “Jalə” şirələrinin tərkibi dəyişib
Banklara yeni standartla bağlı vaxt verilib
Şəkidə vətəndaşlardan qanunsuz odlu silahlar götürülüb (FOTO)
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilən konfrans keçirilib
AQTİ ilə Polşanın Milli Baytarlıq Araşdırma İnstitutu arasında memorandum imzalanıb
"Amazon" bir milyard avrodan çox cərimə olunub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş Beynəlxalq Elmi Konqres işə başlayıb (FOTO)
Masallıda oğurluq edən şəxslər tutulub (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Ağalı kəndinə sakinlərin ilk köçürülməsindən sonra məktəbin fəaliyyəti bərpa olunacaq - Nazir
Prokuror Rasim Quliyevə 6 il cəza istədi
Şuşada məktəbin tikintisinə başlanılacaq
Daşaltıda iki nəfər minaya düşərək ölüb (ƏLAVƏ OLUNUB)
Zaqatalada şadlıq sarayının sahibi cərimələnib (VİDEO)
Sərhədçilərə xəsarət yetirmək istəyən qaçaqmalçı tərk-silah edilib, külli miqdarda narkotik götürülüb (FOTO)
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan şirkətinə 8 milyon avro kredit verib
100-dən artıq saxta vaksin sertifikatı verən şəxslərin məhkəməsi başlayır
UNEC tələbələrinin rəsm əsərləri İqtisad Forumda maraqla qarşılanıb (FOTO)
Ölkədə epidemik proses nəzarət altına alınıb - Təyyar Eyvazov
Azərbaycan Haaqada erməni yalanları üzərində qələbə qazandı - TƏHLİL
Bakıda 22 yaşlı gənc özünü dənizə atıb
Region universitetlərinin tələbə və müəllimləri üçün Tədqiqat metodları və Akademik yazı üzrə təlim (FOTO)
Azərbaycanın tədiyə balansı 2,4 milyard dolları ötüb
“Media haqqında” qanunda media Ombudsmanı ilə bağlı məsələ yer almayıb - Əhməd İsmayılov
Biznes subyektləri ilə media orqanları arasında müzakirələr keçiriləcək
Onlayn mediaya güzəştlərlə bağlı iş gedir - Agentlik rəhbəri
Bəzi media orqanlarının feyk xəbərləri peşəkar KİV-in fəaliyyətinə mənfi təsir edir - Əhməd İsmayılov
“Günəşli” yatağında daha bir quyunun qazma işləri başa çatıb
DİN oyuncaq silah gəzdirənlərə xəbərdarlıq edib
Mina xəritələrinin dəqiqliyinə tam əmin olmaq təhlükəlidir - Emin Hüseynov
Media subyektlərinə güzəştli kreditlər verilə bilər - Agentlik rəhbəri
Media qurumlarına 5 il müddətində vergi güzəştlərinin tətbiq nəzərdə tutulur
Ağdamda İmarət stadionunun yeri dəyişdirilir, böyük kompleksin tikintisi nəzərdə tutulur
"Altılıq" formatının Moskva görüşündə Azərbaycanı Xələf Xələfov təmsil edəcək
“Media haqqında” qanun layihəsi yaxın zamanlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq
STEAM Azərbaycan Festivalına start verilib
15 bölgədə STEAM layihəsi həyata keçiriləcək - Təhsil naziri
Azərbaycan nefti bahalaşıb
Deputat Anar İsgəndərovun tələbələrlə görüşü olub (FOTO)
Bitkoin maliyyə resursu kimi dayanıqlılıq nümayiş etdirir - "FARI Solutions"
Sabah Moskvada "altılıq" formatının ilk iclası keçiriləcək
Kərpic sexində fəhlə ölüb
Xəzərdə tapılan insan skeletinin kimə məxsus olduğu müəyyənləşib
Mərkəzi Gömrük Hospitalının tibb bacıları “Kritik vəziyyətlərdə ilk tibbi yardım” təlimində iştirak ediblər (FOTO)
Sınaq imtahanlarına qeydiyyat bu gün başa çatır
Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinə bəslədiyi ümidlər boşa çıxdı - TƏHLİL
Tovuzda iki qardaş bıçaqlanıb, biri ölüb
Toyda karantin qaydalarını pozan 4 nəfər cərimələndi
Bank Respublika “Nağd kredit al, kreditin 5%-ni geri al!” kampaniyasına start verib (FOTO)
Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub
Hacıqabul sakinindən sənədsiz ov tüfəngi götürülüb
Xarici valyutaların manata qarşı məzənnələri
Bakıda möhtəşəm "Avant Park" yaşayış kompleksinin inşasına start verildi (FOTO/VİDEO)
Zaqatalada avtomobil təmiri sexi yanıb
Ötən gün 18 koronavirus xəstəsi küçədə yaxalanıb
Bakıda yaşlı kişi metroda öldü
Bütün xəbərlər