...

Ceyhun Bayramov Gürcüstana başsağlığı verib

Siyasət Materials 24 Avqust 2020 14:00 (UTC +04:00)

Bakı. Trend:

Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstanda baş vermiş qəza ilə əlaqədar başsağlığı verib.

Trend-in məlumatına görə, nazir bunu öz "Twitter" səhifəsində yazıb.

Başsağlığında deyilir: "Gürcüstanın Duşeti bələdiyyəsində Şatili şosesində baş vermiş faciəvi yol qəzasında həlak olanların yaxınlarına başsağlığımı bildirirəm, xəsarət alanların qısa zamanda sağalmasını arzulayıram. Bizim dəstəyimiz və həmrəyliyimiz dost Gürcüstan xalqı ilədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti