...

Sabiq xidmət rəsinin həbs müddəti 3 ay daha uzadılıdı

Siyasət Materials 2 Sentyabr 2020 18:55 (UTC +04:00)
Sabiq xidmət rəsinin həbs müddəti 3 ay daha uzadılıdı

Bakı. Samir Əli-Trend:

Bu gün Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Sultanov Zakir İmran oğlunun barəsində olan həbs qətimkan tədbirinin müddətinin artırılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Trend-in məlumatına görə, prosesdə istintaq orqanının təqdimatı təmin edilib və Z. Sultanovun barəsində olan həbs qəti imkan tədbirinin müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə mədəniyyət nazirinin Sabiq müavini Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, xidmət rəisi Zakir Sultanov isə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

R. Bayramovun da barəsində olan həbs qəti imkan tədbirinin müddəti bu gün 3 ay uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti