...

Azərbaycan və Türkiyə arasında formalaşdırılan bu media platforma həddən artıq önəmlidir - Türkiyəli jurnalist

Siyasət Materials 7 Sentyabr 2020 23:00 (UTC +04:00)
Azərbaycan və Türkiyə arasında formalaşdırılan bu media platforma həddən artıq önəmlidir - Türkiyəli jurnalist

Bakı. Rufiz Hafizoğlu - Trend:

Azərbaycan və Türkiyə arasında formalaşdırılan bu media platforması həddən artıq önəmlidir.

Bunu Trend-ə açıqlamasında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) mətbuat xidmətinin rəhbəri, Türk-Ərəb Media Dərnəyinin baş direktoru Fatih Ökə bildirib.

O qeyd edib ki, Türkiyə və Azərbaycan bir çox sahələrdə əməkdaşlıq edən, iki qardaş dövlət və tək millətdir.

“Xarici siyasətdə bir birimizi tam anlamda tamamlamağımıza , bir birimizə dəstək olmağımıza baxmayaraq media sahəsində bu tam olaraq öz əksini tapmırdı”,- deyə F.Ökə bildirib.

O hesab edir ki , bunun səbəbi də, iki dövlətin media qurumlarını bir araya gətirən bəlli bir strukturun olmamağı idi .

“Hesab edirəm ki yeni yaradılan bu platforma media sahəsində olan çatışmamazlığın ortadan qalxması üçün önəmli olacaq”, - deyə Türk-Ərəb Media Dərnəyinin baş direktoru bildirib.

O qeyd edib ki, Türkiyə mediası olaraq, təssüflər olsun ki, Cənubi Qafqaz bölgəsinin problemləri haqqında yetərincə informasiya sahib ola bilmirlər və bəzən də yayımlanan xəbərlər həqiqəti əks etdirmir.

F.Ökə onu da bildirib ki, bu platforma həm Azərbaycan həm də Türkiyə mediası üçün xəbərlərin ilkin və daha doğru mənbədən alınması üçün çox əhəmiyyətlidir”

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda səfər edib.

Trend-in məlumatına görə, səfərin əsas məqsədi Azərbaycan ilə Türkiyə arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsi həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılmasını genişləndirməkdir.

Səfər çərçivəsində Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun, bir sıra dövlət və media qurumlarının rəhbər şəxsləri ilə görüşlər keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti