...

Moskvada Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşü başlayıb

Siyasət Materials 9 Oktyabr 2020 18:00 (UTC +04:00)
Moskvada Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşü başlayıb

Bakı. Trend:

Moskvada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Zoqrab Mnatsakanyan arasında görüş başlayıb.

Trend-in məlumatına görə, görüşün gündəliyində Dağlıq Qarabağ münaqişə zonasında humanitar məqsədlərlə atəşin dayandırılması məsələsi yer alıb.

Görüş mətbuata qapalı şəkildə davam edir. Tədbirin yekununda mətbuat konfransının keçirilməsi istisna olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti