...

Ermənistan ordusu tərəfindən Bərdəyə kasetli raketlər atılıb - Hikmət Hacıyev (FOTO)

Siyasət Materials 27 Oktyabr 2020 18:49 (UTC +04:00)
Ermənistan ordusu tərəfindən Bərdəyə kasetli raketlər atılıb - Hikmət Hacıyev (FOTO)

Bakı. Trend:

ANAMA-nın verdiyi məlumata görə, Ermənistan ordusu tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atılıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

H.Hacıyev bildirib: “Mülki insanlara qarşı kasetli raketlərin istifadəsi qadağandır. İki yaşlı körpə qız da daxil olmaqla, 4 mülki şəxs həlak olub, 13 mülki şəxs yaralanıb. Kasetli raketdən istifadə olunduğu üçün itki çoxdur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti