Bakı. Trend:
İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistanın Xarici işlər nazirləri Ceyhun Bayramov və Zohrab Mnatsakanyan arasında görüş başlayıb.
Trend-in məlumatına görə, görüş mətbuat üçün qapalı rejimdə keçirilir.
Görüşdə ATƏT Minsk qrupunun həmsədrləri də iştirak edir.
Qeyd edək ki, görüşdən əvvəl həmsədrlər arasında görüşlə əlaqədar fikir mübadiləsi aparılmışdı.