...

Gürcüstanda parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

Siyasət Materials 1 Noyabr 2020 09:55 (UTC +04:00)
Gürcüstanda parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

Bakı. Trend:

Səslərin yarısının hesablanmasından sonra hakim “Gürcü Arzusu” partiyası səhər saat 7-yə kimi 49,98 faiz qazandığı səslərlə parlamentdəki çoxluğunu itirib, bülletenlərin 50,45 faizi işlənib.

Trend-in məlumatına görə, səslər sayıldıqca “Gürcü Arzusu”nun qazandığı rəqəm azalır - əvvəlcə bülletenlərin dörddə biri işləndikdən sonra səslər 54 faizdən çox idi.

Hazırda səslər aşağıdaki kimidir:

“Gürcü Arzusu - Demokratik Gürcüstan” - 49,98 faiz (418 127 səs);

“Vahid Milli Hərəkat”ın yaratdığı “Birlikdə Güc” bloku – 25,42 faiz (212,671 səs);

“Avropalı Gürcüstan” (Devid Bakradze) - 3,83 faiz (31,969 səs);

“Vətənpərvərlər Alyansı” (Irma İnaşvili) - 3,29 faiz (27 533 səs);

“Lelo” (Mamuka Xazaradze) - 3,1 faiz (25 945 səs);

“Aqmaşenebeli Strategiyasi” (Qeorqi Vaşadze) – 2,46 faiz (8 705 səs);

“Qirçi” (Zurab Caparidze) - 2,83 faiz (23,708 səs);

“Vətəndaş” (Aleko Elisaşvili) - 1,32 faiz (11,022 səs);

“Leyboristlər Partiyası” (Şalva Natelaşvili) - 1 faiz (8,400 səs);

Digər partiyalar hələ 1 faizlik baryeri aşmayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti