Azərbaycan Prezidenti: Paşinyanın təxribatçı əməllərinə cavab verilməli idi və biz onu ciddi şəkildə cəzalandırdıq

Azərbaycan Prezidenti: Paşinyanın təxribatçı əməllərinə cavab verilməli idi və biz onu ciddi şəkildə cəzalandırdıq

Bakı. Trend:

Onun Azərbaycan dövlətinə və xalqına qarşı təxribatçı və təhqiredici əməllərinə, bəyanatlarına cavab verilməli idi və biz onu ciddi şəkildə cəzalandırdıq.

Trend-in məlumatına görə, Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Mən Prezident olaraq bu danışıqlarda 17 il ərzində iştirak etmişdim. Mənim Ermənistanın əvvəlki prezidentləri ilə də danışıqlar aparmaq təcrübəm olmuşdur. Burada hər hansı bir nəticə əldə olunmasa da, proses baş verirdi. Paşinyan prosesi məhv etmişdir. O, danışıqlar prosesinin formatını alt-üst etməyə cəhd etmişdir və onun təxribatçı hərəkətləri və bəyanatları danışıqları tamamilə mənasız etmişdir. Mən dəfələrlə onun hərəkətlərinə və söylədiklərinə istinad etmişəm. Bu, tamamilə qəbuledilməz idi. Onun Azərbaycan dövlətinə və xalqına qarşı təxribatçı və təhqiredici əməllərinə, bəyanatlarına cavab verilməli idi və biz onu ciddi şəkildə cəzalandırdıq. Beləliklə, o, öz məğlubiyyətini etiraf etməyə, atəşkəs üçün yalvarmağa məcbur oldu. Əslində o, bunu 44 günlük müharibə əsnasında hər gün edirdi və gündə bir neçə dəfə dünya liderlərinə zəng edirdi. Onun zəng etmədiyi avropalı lider tapmaq çətin olar. O, atəşkəsin təmin edilməsini xahiş edirdi. Lakin o, mənim şərtlərimə əməl etmək istəmirdi. Halbuki mənim yeganə şərtim var idi. O, isə bir neçə ay öncə mənə 7 şərt irəli sürmüşdü. Mən onları rədd etdim və dedim ki, mənim yeganə şərtim var – torpaqlarımızdan çıx! Əks təqdirdə, Azərbaycanın dəmir yumruğunu görəcəksən. Müharibə zamanı mən bir neçə dəfə bunu bəyan etmişdim. Onun hansısa naziri deyil, şəxsən Paşinyan bizə torpaqlarımızdan çıxmaqla bağlı tarix verən kimi biz dayanacağıq. Nəticədə bu, baş verdi və mən hər zaman olduğu kimi, verdiyim sözə əməl etdim. Paşinyan isə nə mənim, nə də öz xalqının qarşısında heç vaxt vədlərinə sadiq olmadı. O, yalançıdır və hesab edirəm ki, erməni xalqı artıq bunu anlayıb. O, indi də yalan danışmağa davam edir. Ancaq bunun artıq Azərbaycanla heç bir əlaqəsi yoxdur. Bu, artıq Ermənistanın daxili siyasətinə aiddir. Noyabrın 9-dan 10-na keçən gecə o, Bəyanatı imzaladığı andan biz dərhal dayandıq. Növbəti saatda biz dayandıq. Biz, həmçinin qoşunların çıxarılmasına da vaxt verdik. Bundan əlavə, Rusiya Prezidentinin müraciəti əsasında biz onlara Kəlbəcərin boşaldılması üçün əlavə 10 gün vaxt verdik. Halbuki erməni quldurları və Ermənistan qoşunları Kəlbəcərdə etnik təmizləmə apararkən azərbaycanlılara heç bir gün də vaxt verməmiş və onları qətlə yetirmişdilər. Azərbaycanlılar oradan qovulmuş, aprel ayının əvvəli, havanın çox soyuq olduğu vaxtda 3500 metr yüksəklikdə olan dağlardan keçməyə məcbur edilmişlər. Onların bir çoxu oradaca donmuşdu. Biz isə onlara əlavə vaxt verdikdə onlar nə etdilər? Onlar özlərinin tikmədiyi evləri yandırmağa başladılar. Onlar hər şeyi dağıtmağa başladılar. Mənə bir neçə gün öncə verilən məlumata görə, onlar orada bütün su elektrik stansiyalarını dağıtmışlar. Onlar bizim meşələri yandırmış və ağaclarımızı kəsmişlər. Özlərini vəhşi kimi aparmışlar – bu cür davrananlara başqa ad vermək olmaz. Ancaq biz sözümüzü tutduq. Biz müharibəni dayandırdıq. Hər kəsə bəllidir ki, bunu etməsəydik nə baş verəcəkdi. Ermənistan ordusu darmadağın edilmiş, ruhdan düşmüşdü və artıq nə isə etmək üçün heç bir imkana malik deyildi. Biz isə döyüş meydanında cəsarət, ruh yüksəkliyi və peşəkarlıq nümayiş etdirərək ermənilərin onilliklər ərzində ordularının məğlubedilməzliyi haqqında yaratdıqları mifi darmadağın etdik. Biz Azərbaycan Ordusunun məğlubedilməz olduğunu nümayiş etdirdik. Biz işğal edilmiş ərazilərin böyük hissəsini, 300-dən artıq şəhər, qəsəbə və kəndi, o cümlədən Azərbaycanın tarixi Şuşa şəhərini 44 gün ərzində işğaldan azad etdik. Biz kimin kim olduğunu göstərdik. Mən işğaldan azad olunan ərazilərə səfərim zamanı o torpaqlarımızı nə vəziyyətə saldıqlarının şahidi oldum. Bu haqda məlumatım var idi və internetdə bununla bağlı materiallarla da tanış idim. Füzulidə bir dənə də olsun salamat bina yox idi, hər şey yerlə-yeksan edilmişdir. Bir dənə də bina tapılmadı ki, orada bayrağımızı qaldıraq. Ağdamda isə tamamilə dağıdılmamış yeganə tikili məscidin binasıdır. Araşdırdıqda məlum oldu ki, onlar Ağdamda məscid binasını məsafə ölçmək üçün saxlayıblarmış. Azərbaycan Ordusu hücuma keçdiyi təqdirdə onlar bu vasitə ilə məsafəni ölçməli idilər, yəni, məscid istinad nöqtəsi kimi istifadə edilirdi. Lakin biz Ağdamdan əks-hücuma keçmədik və onların gözləmədikləri istiqamətdən irəlilədik. Biz Ağdama bir güllə atmadan gəldik. Bunları danışmağıma səbəb bunun, ilk növbədə, həqiqət olmasıdır. Bundan əlavə, siz bir ildən artıq müddətdən sonra buraya səfərə gəlmisiniz. Mən Azərbaycan xalqı ilə açıq və səmimi olduğum kimi, sizinlə də eyni dərəcədə açıq və səmimi danışmaq istəyirəm. Bütün bu 44 gün ərzində mən xalqa yalnız həqiqəti söyləyirdim. Paşinyan isə həm xalqına, həm də gündə bir neçə dəfə zəng etdiyi tərəfdaşlarına yalan danışırdı. O, bu gün də yalan danışmağa davam edir. Ancaq dediyim kimi, artıq bu məsələ narahatlıq doğurmur. Biz məsələni həll etdik. Biz ərazimizi işğaldan azad etdik. Müharibə zamanı mənə Azərbaycan Ordusunun itkiləri barədə çoxsaylı suallar verilirdi. Mən demişdim ki, biz bu məlumatı müharibə bitdikdə açıqlayacağıq. Belə də oldu, bizim qəhrəmanlarımızın – şəhidlərimizin fotoşəkilləri və onların adları televiziya vasitəsilə nümayiş etdirilir. Müharibə zamanı mən Ermənistan ərazisini işğal etmək niyyətində olmadığımızı bəyan etmişdim. Halbuki sizin də təsəvvür etdiyiniz kimi, bunun üçün bütün imkanlarımız var idi və həmin imkanlar bu gün də mövcuddur. Lakin bizim belə bir niyyətimiz yoxdur. Mənə bununla bağlı sual veriləndə dedim, xeyr, biz öz ərazimizi işğaldan azad etmək istəyirik və öz torpağımızda döyüşəcəyik. Biz sözümüzə sadiq olduq".

Azərbaycanın azad edilmiş ərazilərində "ağıllı" layihələr üçün strateji planlar hazırlanır
Azərbaycanın azad edilmiş ərazilərində "ağıllı" layihələr üçün strateji planlar hazırlanır
Azad edilən ərazilərin turizm potensialı müzakirə olunur - Aparat rəhbəri
Azad edilən ərazilərin turizm potensialı müzakirə olunur - Aparat rəhbəri
Qış turizmi üzrə xidmətlərdən istifadə edənlərin sayı artıb
Qış turizmi üzrə xidmətlərdən istifadə edənlərin sayı artıb
Loading Bars
Xəbər lenti
Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat konfransı xarici ölkələrin mediasında geniş işıqlandırılıb (FOTO)
Alyaskada 5,4 bal gücündə zəlzələ olub
"Azərişıq" smart kart ödənişlərində problem yaranacağı iddiaları barədə açıqlama verib
Füzulidəki yeni aeroportun uçuş eniş zolağının uzunluğu 3 min metr olacaq (VİDEO)
Neftçalada inzibati binada yanğın olub
Azərbaycan Ombudsman institutu İƏT ölkələrinin ombudsman təsisatları üçün təlim-seminar təşkil edib
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib
Prezidentin keçirdiyi mətbuat konfrasnı ilə Azərbaycanın mövqelərini daha da möhkəmləndi - Ekspert
Azərbaycanda 270 nəfər COVID-19-a yoluxub, 117 nəfər sağalıb, 2 nəfər vəfat edib
Azərbaycan meydana gələ biləcək hər hansı təhdidlərin qətiyyətlə qarşısını almağa qadirdir - Leyla Abdullayeva
Gürcüstanlı jurnalistlər və ekspertlər Füzuli rayonuna səfər ediblər (FOTO)
Gürcüstanda son sutkada 248 koronavirusa yoluxma halı aşkarlanıb
Sumqayıtda törədilən qanlı hadisələr Azərbaycana qarşı planlaşdırılmış təxribat idi - Leyla Abdullayeva
Ağdam rayonunun Eyvazxanbəyli kəndi (FOTO/VİDEO)
Uruqvayda koronavirus əleyhinə vaksinasiya başlanılıb
Hərbi qulluqçumuz təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub - MN
13 minədək şəxs postmüharibə dövründə sosial dəstək tədbirləri ilə əhatə olunub
Sabahın hava proqnozu açıqlanıb
Qazaxıstanda koronavirusdan son sutka 590 nəfər sağalıb, 791 nəfər yoluxub
Prezidentin mətbuat konfransı Azərbaycan reallıqlarının dünyaya çatdırılması baxımından olduqca əhəmityyətli oldu - Deputat
Meksikalı boksçu Alvares WBC və WBA versiyaları üzrə dünya çempionu titulunu qorudu
Niderlandda “Xocalıya ədalət!” tələbi ilə lövhə quraşdırılıb və aksiya keçirilib (FOTO)
Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb (FOTO)
BMT-nin Baş Qərargahı qarşısında Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edilib (FOTO)
Bosniyalı redaktor Xocalı və Srebrenitsa soyqırımları arasında paralelliyi təhlil edib
Peru sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
ABŞ-da "Johnson & Johnson" koronavirusa qarşı peyvəndinin istifadəsi təsdiq edilib
Çində kimyəvi zavodda zəhərli qaz sızması səbəbindən beş nəfər ölüb
Bu gün magistraturalara qəbul imtahanı keçiriləcək
Meksikanın nüfuzlu internet televiziyasında Xocalı soyqırımı və erməni təcavüzü haqda danışılıb (FOTO/VİDEO)
Suriyada qaçqın düşərgəsində baş verən yanğında ən az dörd nəfər öldü
Alyaskada 5,3 bal gücündə zəlzələ olub
Füzulidə tikiləcək beynəlxalq hava limanı Qarabağa açılan qapı olacaq (VİDEO)
Laçın rayonunda qədim Alban-udi xristian məbədində ikinci xidmət keçirilib
ÜST: Dünyada ötən sutka koronavirusa 420 mindən çox yoluxma qeydə alınıb
Azərbaycan artıq müharibə etmək istəmir - Rusiyalı hərbi mütəxəssis
Hətta Suriyanın Homs şəhərində bu qədər böyük dağıntılar görmədim - Ukraynalı hərbi müxbir Ağdamda (FOTO)
Bakıda mənzildən kişi meyiti tapılıb
Türkiyədə son sutkada koronavirusdan 10 282 nəfər sağalıb
Prezidentin 4 saat su belə içmədən keçdiyi master-klas: Məntiq, təmkin, nəzakət və dəqiqlik
Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılışı olub (FOTO)
İŞİD terrorçuları Suriyada qaz boru kəmərini partladıb
Tailandda Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Daha bir neçə gimnastımız idman ustası oldu
Böyük Britaniyanın Qlazqo şəhərində "Xocalıya ədalət" tələbi ilə lövhə quraşdırılıb
İndoneziya gənclər təşkilatları Xocalı qurbanlarını andı
Xocalı faciəsinə hüquqi baxış mövzusunda Beynəlxalq Simpozium keçirilib (FOTO)
Pakistanın Lahor şəhərində Xocalı qurbanları anıldı (FOTO)
AZƏRTAC və Küveyt Elektron Media Birliyi əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər (FOTO)
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoymağı tələb olunur - XİN
Diaspor fəalları Avropa ölkələrinə "Xocalıya ədalət!" ismarıcını ünvanlayıblar (FOTO)
179 ərzaq satışı obyektində monitorinqlər aparılıb
Havanın qəfil kəskinləşəcəyi öncədən bəlli olduğundan BŞİH hər vəziyyətə hazır idi - Eldar Əzizov
Azərbaycanda 278 nəfər COVID-19-a yoluxub, 172 nəfər sağalıb, 5 nəfər vəfat edib
ABŞ-ın müxtəlif şəhərlərində Xocalı soyqırımını tanıdan xüsusi avtomobillər hərəkət edir (FOTO)
Daha bir qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi üçün müayinəsi aparılıb
Azərlotereyanın Türkiyə şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalanıb (FOTO)
ABŞ konqresmeni Xocalı soyqırımı ilə əlaqədar bəyanat verib
“Notariat haqqında” qanunda dəyişikliklə bağlı hökumətə tapşırıq verildi - SƏRƏNCAM
Görkəmli sərkərdə Akim Abbasovun xatirəsi yad edilib (FOTO/VİDEO)
Dövlət başçısı “Notariat haqqında” Qanuna edilən dəyişiklikləri təsdiqlədi
“Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişiklik təsdiqləndi
"Alim" Elmi Assosiasiyası Xocalı soyqırımı ilə bağlı fransız dilində vebinar təşkil edib (FOTO)
Yeni Zelandiyanın ən böyük şəhəri karantinə alınır
23 cinayətin üstünü “isti izlər”lə açılıb
İndiyədək ölkəmizdə koronavirusa qarşı vaksinasiya olunanların SAYI açıqlanıb
Ermənistan prezidenti son iki gündə ikinci dəfə Baş Qərargah rəisi ilə görüşüb
İranda daha 81 nəfər koronavirusdan öldü
Mart ayına olan hava proqnozu açıqlanıb
Bu marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilir
“Kənddən Şəhərə” həftəsonu yarmarkası davam edir - ÜNVANLAR (FOTO)
Haitidə 400-dən çox məhbus həbsxanadan qaçıb, qarşıdurmada 25 nəfər ölüb
ABŞ-ın Portland şəhərində Xocalı soyqırımının qurbanları anılıb (FOTO/VİDEO)
Yunanıstandakı "QALA" cəmiyyəti Xocalı soyqırımına həsr olunmuş videokonfrans təşkil edib (FOTO)
Böyük qayıdış üzrə İşçi Qrup yaradılıb
İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Floridada Xocalı faciəsi qurbanlarının xatirəsinə havaya şarlar buraxılıb (VİDEO)
Səbail rayonunda narkotik satışı ilə məşğul olan dəstənin daha bir üzvü saxlanılıb (FOTO/VİDEO)
Avropa məscidlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə dualar oxunub (FOTO)
Bakı küçələri qardan sonra təmizlənir (FOTO)
Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Fikrət Sadıxova Prezidentin fərdi təqaüdü veriləcək
Şəhərdə gördüyümüz tək şey xarabalıqlar idi - Bosniya "O Kanal" kanalının Ağdamdan REPROTAJI
2021-2025-ci illər inkişaf strategiyasının hazırlanması üçün 10 alt işçi qrupu yaradılıb
Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib (VİDEO)
Xarici jurnalistlər 2 yaşlı Zəhranın ermənilər tərəfindən qətlə yetirildiyi kənddə olublar
Yerevanda Paşinyanın istefasını tələb edən etirazçılar meydanlarda gecələyir
Türkiyədə martın 2-dən məktəblər açılır
Məşğul şəxslər barədə məlumatların reyestrə daxil edilməsi tələbləri dəyişib
Zərdabda qadın evdən külli miqdarda pul oğurladı
Lənkəranda heroin daşıyan avtomobil yaxalandı
Bazar günü 16 dərəcəyədək isti olacaq
Niderlandın Life24 kanalında Xocalı soyqırımından danışılıb (FOTO)
Qarlı yollarda avtoxuliqanlıq edən sürücülər saxlanılıb (FOTO)
Ağsu sakinindən odlu silah götürülüb
Fransada Qarabağ həqiqətlərini əks etdirən qətnamələrin qəbulu üzrə təklif hazırlanır - Fransalı deputatın "Lagazetteaz.fr" qəzetinə müsahibəsi
Tehran və Bakı üçün biznes və nəqliyyat sahəsində yeni imkanlar açılır - Mehr xəbər agentliyi
Prezidentin mətbuat konfransı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından kifayət qədər uğurlu oldu - Deputat
Bakı metrosu ötən ilin 202 günü bağlı qalıb
Metronun “8 Noyabr” stansiyası istismara hazırlanır
Bütün xəbərlər