...

Deputatlarımız Qırğızıstanda prezident seçkilərini müşahidə edəcəklər

Siyasət Materials 5 Yanvar 2021 13:32 (UTC +04:00)
Deputatlarımız Qırğızıstanda prezident seçkilərini müşahidə edəcəklər

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin deputatları Qırğızıstanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün yanvarın 8-də bu ölkənin paytaxtı Bişkekə səfər edəcəklər.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, deputat Sabir Hacıyev Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının və İcraiyyə Komitəsinin xətti ilə, millət vəkili Fazil Mustafa TÜRKPA-nın müşahidə missiyasının tərkibində seçkiləri izləyəcəklər.

Deputatlarımız müxtəlif seçki məntəqələrində yaradılmış şəraitlə yaxından tanış olacaq, seçicilərin fəallığını müşahidə edəcəklər.

Səfər yanvarın 13-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti