...

Milli Məclisin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planı təsdiq edilib

Siyasət Materials 1 Fevral 2021 12:38 (UTC +04:00)
Milli Məclisin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planı təsdiq edilib

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisinin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planı təsdiq edilib.

Trend-in məlumatına görə, işlər planı parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çxarılıb və təsdiq edilib.

Sessiya ərzində Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri və edəcəkləri qanun layihələrinə də baxılması planlaşdırılır.

Sessiya əzində həmçinin "Hərbi qulluqçuların statusu haqqında", “Lombardlar haqqında”, “Ali təhsil haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, “Təhsil kreditləri haqqına”, “Qida təhlükəsizliyi haqqında”, “Qeyri-maddi mədəni irsin qorunması haqqında”, “Turizm haqqında” və digər qanun layihələrinin və məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti