...

İran səfirliyi KİV-də yayılan məlumatı təkzib edib

Siyasət Materials 1 Mart 2021 13:07 (UTC +04:00)
İran səfirliyi KİV-də yayılan məlumatı təkzib edib

Bakı. Elnur Bağışov - Trend:

Azərbaycan Respublikasının müdrik xalqının və cəmiyyətinin diqqətinə çatdırırıq ki, İranın Azərbaycandakı səfirliyi üçüncü bir ölkənin KİV-lərinə istinadən yayılan "İran Azərbaycan ordusunun məlumatlarını Ermənistana ötürüb və bu ölkəyə silah və yanacaq verib" xəbərlərini qətiyyətlə təkzib edir.

Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

İran səfirliyi bildirir ki, İslam İnqilabının Ali Rəhbərinin və İslam Respublikasının yüksək vəzifəli rəsmilərinin Azərbaycan Respublikasının mövqelərini açıq şəkildə dəstəkləmələri və işğalı qınamaları ilə bağlı açıq mövqeləri hamıya aydındır və bu mövqe dəfələrlə Azərbaycan Respublikasının yüksək vəzifəli şəxsləri tərəfindən müsbət qiymətləndirilmişdir.

İran səfirliyi əlavə edir ki, Azərbaycan Respublikasının müdrik xalqı da son müharibə zamanı İran və Ermənistanın quru və hava sərhədlərinin bağlanması xəbərindən məlumatlı idi:

"Bu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də bəyan olunub. Azərbaycan Respublikasının möhtərəm Prezidenti də İrandan silah aldıqlarını açıqlamışdır: “İndi İranla bir növ təbliğat qarşıdurmasında iştirak edən üçüncü bir ölkə mənbəyinə istinadən yayılan təhrikedici xəbərlər tamamilə yalandır və tərəfimizdən təkzib olunur. İran, Dağlıq Qarabağ müharibəsinin həssas dövründə Azərbaycan Respublikasına siyasi və hərbi dəstək vermişdir. İki millətin tarixi, mədəni və dini ortaqlıqlarını nəzərə alaraq, İran və Azərbaycan xalqlarının dostluğu əbədidir və heç bir qüvvə bu cür hərəkətləri ilə ona xələl gətirə bilməz”.

Xəbər lenti

Xəbər lenti