...

Co Bayden administrasiyası Azərbaycanla yeni iqtisadi əməkdaşlıq münasibətlərinin qurulmasında maraqlıdır - Elman Nəsirov

Siyasət Materials 19 Mart 2021 17:56
Co Bayden administrasiyası Azərbaycanla yeni iqtisadi əməkdaşlıq münasibətlərinin qurulmasında maraqlıdır - Elman Nəsirov

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan-ABŞ münasibətləri fundamental məsələlərdə mövqe ortaqlığı ilə seçilməklə strateji xarakter kəsb edir. ABŞ-ın yeni Prezidenti Co Baydenin Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti cənab İlham Əliyevə ünvanladığı təbrik məktububda səsləndirdiyi fikirlər bir daha sübut edir ki, ikitərəfli və çoxtərəfli münasibətlərimiz dinamik inkişaf tempinə malikdir və onun daha geniş perspektivləri vardır. Bir qədər də konkretləşdirsək, rəsmi Vaşinqton asağıdakı mühüm istiqamətlər üzrə Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin qoruub saxlanılmasında və sonrakı inkişafında maraqlıdır.

Birincisi, “Bu yeniləşmə çağı bizim əməkdaşlığımızın və sülhə sadiqliyimizin bir daha vurğulanmsı üçün fürsətdir”,-deməlkə Prezident Co Bayden hər iki ölkə arasında formlaşmış qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşmasından məmnun olduğunu ifadə edir və təkcə ölkəsinin deyil, Azərbaycanın da eyni səvyyədə sülhə sadiq qaldığını və bu prosesə töhfə vermiş olduğunu xüsusi olaraq vurğulayır.

İkincisi, Co Bayden regionumuzda təhlükəsizlik sahəsində ümumi narahatlıqlardan xəbərdar olduğunu dilə gətirir və regionda barışıq məsələlərinin həllinində Azərbaycanla birgə çalışacaqlarını bildirir. Bu fikrin xüsusi əhəmiyyəti vardır. Təhlillərimiz o qənaəti hasil edir ki, yeni ABŞ administrasiyası regional barışığın əldə edilnməsi naminə Prezident İlham Əliyevin Ermənistanın da iştirakı ilə altıtərəfli əməkdaşlıq platformasının yaradılmsı ilə bağlı inikal təşəbbüsünü yüksək qiymətləndirir və fərqindədir ki, onun reallaşacağı təqdirdə bölgədə hələ də qalmaqda olan təhlükələr aradan qalxa bilər, sülh və əməkdaşlıq mühiti formalaşar. ABŞ Prezidenti bu prosesin təşviq edilməsinə dəstək verəcəyini vurğulamışdır.

Üçüncüsü, dünyanın fövqəldövlətinin rəhbəri açıq mətnlə qeyd edir ki, Azərbaycan iqtisadyyatının şaxələndirilməsi siyasətindən xəbərdardırlar, bu prosesi təqdir edirlər, eyni zamnda ölkəmizin qlobal enerji təhlükəsizliyi sahəsində oynadığı artan rolunu qiymətləndirir və bu istiqamətdə səylərimizi dəstəklədiklərini ifadə edirlər. Həqiqətən də. Cənub qaz dəhlizinin işə salınması ilə Azərbaycan Avropa üçün yeni alternetiv enerji mənbəyi olaraq əhəmiyyəti kifayət qədər artmışdır. Bu reallığı ABŞ-ın yeni rəhbərliyi görür və dəyərləndirir.

Dördüncüsü, təbrik məktububunun sonunda xüsusi olaraq vurğulanır ki, “ABŞ Azərbaycanla iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusndadır”. Bu tezisin də çox böyük məna yükü vardır. Deməli, rəsmi Vaşınqton Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda gedən dərin və hərtərəfli islahatlar kursunun məntiqi nəticəsi olatraq Azərbaycan güclü iqtisadyyatı olan dövlətə çevrildiyini təsdiqləyir və faktiki olaraq ikitərəfli yeni iqtisadi əməkdaşlıq münasibətlərinin qurulması təklifi ilə çıxış edir.

Beşincisi, ABŞ Prezidentinin təbrik məktubunda ənənəvi demokratiya və insan hüquqları kimi məsələlərin qabardılmadığı da diqqətdən yayınmır. Görünür, yeni Ağ ev rəhbəri tam məlumatlıdır ki, Azərbaycan demokratik inkişaf yolun seçmiş dövlətdir. Əhalinin 80%-dən çoxu azad internet istifadəçisidir. Mətbuat üzərində senzura və ölüm hökmü çoxdan ləğv olunmuşdur. Ölkədə son həddi olmayan demokratikləşmə prosesində ardıcıl və sistemli addımlar atılmaqdadır.

Nəhayət, ABŞ Prezidenti Co Bayden Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı Növruz bayramı ilə bağlı təbrik məktubunda tərəfdaşlıq, sülhə sadiqlik, regional barışığa töhvə, iqtisadiyyatın şaxələndirilməsi, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq üçün yeni imkanlarının araşdırılması kimi mühüm məsələləri önə çəkməklə və bütün bu sahələrdə Azərbaycanın ciddi uğurlar əldə edildiyini vurğulamaqla əslində həmin nailiyyətlərin müəllifi Prezident İlham Əliyevə hörmət və ehtiramını ifadə edir, onunla qeyd olunan sahələrdə əməkdaşlığı dərinləsdirməyə hazır olduğunu bildirir.

Elman Nəsirov
Milli Məclisin deputatı,
Yeni Azərbaycan Partiyası
Təftiş Komissiyasının üzvü

Məqalədə:
Xəbər lenti

Xəbər lenti