...

Ceyhun Bayramov Rusiyaya səfərə gedib

Siyasət Materials 1 Aprel 2021 10:49 (UTC +04:00)

Bakı. Trend:

Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyaya səfərə gedib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə verilən məlumata görə, Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Moskva şəhərinə yola düşüb. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun, həmçinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti