...

Putinlə Ərdoğan Qarabağı müzakirə edib

Siyasət Materials 5 May 2021 18:08 (UTC +04:00)
Putinlə Ərdoğan Qarabağı müzakirə edib

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

Trend-in məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, Tərəflər Qarabağ məsələsini, xüsusilə, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətini müzakirə ediblər.

Bundan başqa, prezidentlər arasında Suriyadakı vəziyyət, koronavirus pandemiyası ilə mübarizə və digər məsələlər müzakirə mövzusu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti