...

Baydenlə İsrailin yeni baş naziri arasında telefon danışığı baş tutub

Siyasət Materials 14 İyun 2021 03:50 (UTC +04:00)
Baydenlə İsrailin yeni baş naziri arasında telefon danışığı baş tutub

Bakı. Trend:

ABŞ prezidenti Cozef Bayden və İsrailin yeni baş naziri Naftali Bennet arasında telefon danışığı aparılıb.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidmətinin açıqlamasında deyilir.

Danışıq zamanı tərəflər regionda təhlükəsizlik məsələləri üzrə sıx əməkdaşlığı davam etdirmək barədə razılıq əldə ediblər.

"Prezident Bayden administrasiyasının İsrail və Fələstinlilər üçün sülh, təhlükəsizlik və firavanlığı təşviq etmək üzrə İsrail hökuməti ilə sıx əməkdaşlıq etmək niyyətini ifadə edib", - məlumatda deyilir.

Daha əvvəl "Yamina" partiyasının lideri Naftali Bennettin İsrailin 13-cü baş naziri seçilərək 12 il dəyişmədən baş nazir olmuş və indi müxalifətə keçən Binyamin Netanyahunu əvəz etdiyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti