Prezident İlham Əliyev: Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq

Prezident İlham Əliyev: Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq

Bakı. Trend:

Bu gün buradan - qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaqdır. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Şuşada mətbuata bəyanatında bildirib.

Prezident İlham Əliyevin bəyanatı:

"Hörmətli cənab Prezident, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan.

Türkiyədən gəlmiş hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Bu gün həyatımızda əlamətdar gündür, tarixi bir gündür. Bu gün biz qardaş ölkənin əziz Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı Qarabağ torpağında, Şuşa torpağında salamlayırıq. Mən fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqı adından əziz qardaşımı Şuşada, Qarabağda salamlamaq istəyirəm.

Əziz qardaşım Azərbaycanda dəfələrlə olub, ancaq biz ilk dəfə Qarabağ torpağında - Şuşada bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır.

Mən mətbuat konfranslarında, öz çıxışlarımda dəfələrlə demişəm ki, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk.

İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk.

Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir.

Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Enerji təhlükəsizliyinin, Cənub Qaz Dəhlizinin önəmi Türkiyə, Azərbaycan və Avropa üçün göstərilir və hər bir məsələ çox böyük önəm daşıyır. Mən onların arasında iki məsələni xüsusilə qeyd etmək istərdim. Birincisi, müdafiə sahəsində əməkdaşlıq, iş birliyi məsələsi. Müdafiə sənayesi sahəsində və qarşılıqlı hərbi yardım məsələləri bu Bəyannamədə öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.

İkinci önəmli məsələ nəqliyyat məsələsidir. Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır.

Bu gün biz azad edilmiş Şuşada görüşürük. Bu gün bütün Azərbaycan xalqının, əminəm ki, türk xalqının gözü buradadır, dünyanın gözü buradadır. Çünki bu səfər Azərbaycanda səbirsizliklə gözlənilirdi və bilirəm ki, böyük maraq doğurur. Bu gün buradan - qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaqdır. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır.

Şuşa şəhəri işğaldan keçən il noyabrın 8-də azad edilmişdir. Şuşa şəhərini azad etmək böyük qəhrəmanlıq tələb edirdi. Şuşaya gələn hər bir insan bu sıldırım qayalara baxarkən görür ki, bu şəhəri, alınmaz qala sayılan şəhəri götürmək, azad etmək böyük qəhrəmanlıq, peşəkarlıq, şücaət, fədakarlıq tələb edir. Qəhrəman Azərbaycan əsgərləri qan tökərək, şəhid olaraq, sıldırım qayalara dırmaşaraq, demək olar ki, yüngül silahlarla, əliyalın Şuşanı düşmənin əlindən aldı və Azərbaycan bayrağını ucaltdı.

Bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları bizim birliyimizi göstərir. İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan əziz qardaşım, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Dedi ki, Türkiyə Azərbaycanın yanındadır və müharibənin ilk saatlarından son dəqiqələrinə qədər əziz qardaşımın və Türkiyə Cümhuriyyətinin, qardaş türk xalqının dəstəyi bizə əlavə güc verirdi. Bu siyasi və mənəvi dəstək bizi ruhlandırırdı. Türkiyənin bütün yerlərindən gələn mesajlar, təbriklər, dəstək, həmrəylik ifadələri bir daha bütün dünyaya bizim birliyimizi nümayiş etdirmişdir.

Bu gün Türkiyənin mətbuat nümayəndələri burada - Şuşadadırlar, onların fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Onlar müharibənin ən təhlükəli anlarında real vəziyyəti əks etdirmək, tamaşaçılara və dünyaya çatdırmaq üçün öz həyatlarını risk altına atırdılar. Mən özüm şəxsən müharibə dövründə bir çox hallarda Türkiyə televiziya kanallarında gedən reportajları izləmişdim və bir daha görürdüm ki, burada təkcə peşəkarlıq məsələləri deyil, burada həmrəylik, sevgi ilə dolu reportajlar verilir. Azərbaycanın haqq səsi, Azərbaycanın haqlı olması dünyaya çatdırılır və ən təhlükəli yerlərdən, bombalar düşdüyü yerlərdən Türkiyənin mətbuat nümayəndələri dərhal oraya gəlmişlər, reportajlar hazırlamışlar. Onlar yaxşı bilirdilər ki, Ermənistan döyüş meydanında qarşımızda duruş gətirmədiyi üçün bizim mülki vətəndaşları uzaqmənzilli raketlərlə, “Toçka-U”, “İskəndər M” raketləri ilə atəşə tutub və bu namərd atəş nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən uşaqlar, qadınlar həlak olmuşlar. Biz müharibə dövründə bütün türk xalqının məhəbbətini, sevgisini, həmrəyliyini bir daha gördük. Onsuz da bilirdik ki, biz bir millət, iki dövlətik, necə ki, rəhmətlik atam demişdir. Ancaq müharibə bir daha bütün dünyaya bunu göstərdi və biz heç vaxt bu dəstəyi unutmayacağıq.

İkinci Qarabağ müharibəsi tarixdə qaldı, 44 günlük müharibə nəticəsində Ermənistan ordusu tam məhv edildi. Ermənistan diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu və məcbur olub Şuşa alınandan sonra kapitulyasiya aktına imza atdı və bizim digər bölgələrimiz bir atəş açmadan bizə qaytarıldı. Otuz ilə yaxın davam edən işğala son qoyuldu. Azərbaycan buna qardaş Türkiyənin dəstəyi ilə son qoydu. Otuz il ərzində aparılan danışıqlar heç bir nəticə vermədi. Bu, bir daha onu göstərir ki, iradə, əzmkarlıq, güc və ədalət olan yerdə hər şey əldə etmək mümkündür. Əlbəttə, Türkiyə kimi müttəfiqi olan Azərbaycan İkinci Qarabağ savaşında bundan ruhlanaraq tarixi missiyanı yerinə yetirdi, ədaləti bərpa etdi, ərazi bütövlüyünü bərpa etdi.

İndi isə yeni dövr başlayır. Əziz qardaşımla bu gün Füzuli şəhərində görüşərək, onu orada qarşılayaraq Füzulinin dağılmış mənzərəsini göstərdim, Füzuli şəhəri yoxdur. Siz də oradan keçmisiniz, görmüsünüz, bir dənə də salamat bina yoxdur. Mənfur düşmən bütün binalarımızı yerləbir edib. Ağdam da belə vəziyyətdədir. Bizim tarixi abidələrimizi dağıdıb, söküb və talan ediblər. Şuşa şəhəri görün nə gündədir. Şuşa tarixi şəhərdir və 28 il işğal dövründə burada bir dənə də bina tikilməmişdir. Mən əziz qardaşıma bax, bu binanı göstərdim, Şuşa valiliyinin binası, mənim rəhmətlik atamın dövründə tikilmişdir. Şuşadakı binalar həm onun dövründə, həm də Pənahəli xanın, İbrahimxəlil xanın dövründə tikilmişdir. Mənfur düşmən bir daşı daş üstə qoymamışdır. İndi Şuşanın dağılmış yerlərini siz görürsünüz, hələ biz bura əl gəzdirmişik. İlk dəfə mən bu ilin əvvəlində buraya gələndə şəhər tamamilə dağılmış vəziyyətdə idi.

Şuşa tarixi Azərbaycan şəhəridir. Çünki 1752-ci ildə Pənahəli xan bu şəhərin təməlini qoydu və ondan sonra bütün dövrlərdə Şuşada yaşayan əhalinin 98 faizi azərbaycanlılar idi və 30 il işğal altında qalmasına baxmayaraq Şuşa əyilmədi, öz milli ruhunu qoruya bildi, ləyaqətini qoruya bildi və bizi gözləyirdi. Biz də gəldik və Şuşanı azad etdik.

Bu gün qardaş ölkənin Cümhurbaşqanı tarixi şəhərdə bizim qonağımızdır və hiss etdiyimiz duyğuları sözlərlə ifadə etmək mümkün deyil. Mən əminəm ki, buraya gələn hər bir insan eyni duyğuları hiss edir və bu çox duyğusal günləri yaşadığımız üçün Ulu Tanrıya minnətdarıq.

Əziz qardaşım, biz Sizi səbirsizliklə Şuşada gözləyirdik, Sizi mən dəvət etmişdim. Biz - iki dövlətin Cümhurbaşqanı keçən ilin dekabr ayında hərbi paradı birlikdə qəbul edərkən razılaşdıq ki, növbəti görüş burada olacaq və belə də oldu. Bir daha xoş gəlmisiniz, doğma Vətəninizə xoş gəlmisiniz, Şuşamıza xoş gəlmisiniz!

Türkiyə-Azərbaycan birliyi, qardaşlığı əbədidir!"

Birinci vitse-prezident Mehriban Əliyeva “Yüksəliş” müsabiqəsinin qaliblərini təbrik edib
Birinci vitse-prezident Mehriban Əliyeva “Yüksəliş” müsabiqəsinin qaliblərini təbrik edib
Könül Nurullayeva Türkiyə mətbuatında Bakı bəyannaməsinin strateji əhəmiyyətini şərh edib
Könül Nurullayeva Türkiyə mətbuatında Bakı bəyannaməsinin strateji əhəmiyyətini şərh edib
Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidentini təbrik edib
Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidentini təbrik edib
Loading Bars
Xəbər lenti
ABŞ-da atışma zamanı beş nəfər xəsarət alıb.
İordaniya müvəqqəti olaraq Suriya ilə sərhədi bağlayıb
CAR-da brakonyerlərin öldürdüyü kərgədanların sayı əhəmiyyətli dərəcədə artıb
Britaniyada ötən sutka 29 144 nəfərdə koronavirus aşkarlanıb
MAR-da üsyançıların hücumu nəticəsində ən azı 6 nəfər həlak olub
Fransada sanitar buraxılış vərəqələrinə qarşı mitinqlərə 200 mindən çox sakin qoşulub
Türkiyənin Muğla vilayətində zəlzələ qeydə alınıb
Suraxanıda açıq ərazidə baş verən yanğın söndürülüb
Türkiyədə son sutkada koronavirusdan 5 107 nəfər sağalıb
Dənizdə batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib
Yunanıstanda yanğın səbəbiylə dörd yaşayış məntəqəsinin sakinləri təxliyə edilib
XII Qəbələ Musiqi Festivalının ilk konserti və təntənəli açılış mərasimi olub
Türkiyədəki yanğınlarla bağlı azərbaycanlılar üçün “qaynar xətt” yaradılıb
Bakıda mənzildən kişi meyiti tapılıb
Meksika sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
Fəlakət zonasının sakinləri bütün tələb olunan yardımı alacaqlar - Ərdoğan
Polisi bıçaqlayan şəxslə bağlı prokurorluqda cinayət işi açılıb
Rusiyada qırıcı təyyarə qəzaya uğrayıb
Harda ki, haqsızlıq var, onu çəkib dünyaya göstərmək istəmişəm - Reza Deqati
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Türkiyədə olan FHN-in yanğınsöndürmə qüvvələri yanğınlarla mübarizəni davam etdirir (FOTO/VİDEO)
Türkiyədə 98 meşə yanğınından 88 -i lokallaşdırılıb
Bakıda məşhur fotoqraf Reza Deqatinin fotolarından ibarət sərgi təşkil olunub (FOTO)
Dövlət Sosial Müdafiə Fonduna işə qəbul imtahanının nəticələri açıqlanıb
Birinci vitse-prezident Mehriban Əliyeva “Yüksəliş” müsabiqəsinin qaliblərini təbrik edib
FHN-nin yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşür (FOTO)
İsrailin biznes dairələri Azərbaycanla əməkdaşlıqda maraqlıdır (FOTO)
Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənir (FOTO)
Azərbaycanda 633 nəfər COVID-19-a yoluxub, 174 nəfər sağalıb
Antalyada yanğın nəticəsində ölənlərin sayı beşə çatıb
“Marş İrəli” layihəsi çərçivəsində növbəti tədbir keçirilib (FOTO)
Bu gün Bakıda 546 küçə dezinfeksiya edilib (FOTO)
Azərbaycanın neft ixracı 4,8 faiz azalıb
“Müzəffər Sərkərdə, yenilməz Ordu” adlı vətənpərvərlik tədbiri keçirilib (FOTO)
Həbs müddəti başa çatmış şəxslər özünüməşğulluq proqramlarına cəlb edilir
Azərbaycan Ordusunun əsgəri həlak olub
Könül Nurullayeva Türkiyə mətbuatında Bakı bəyannaməsinin strateji əhəmiyyətini şərh edib
Həyətində narkotik tərkibli bitkilər yetişdirən Masallı sakini ələ keçdi
FHN-də yanğın təhlükəsizliyi ilə bağlı əməliyyat müşavirəsi keçirilib
"YAŞAT" düşərgəsinin ikinci həftəsi başa çatıb (FOTO)
Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub (FOTO)
Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidentini təbrik edib
İdarələrarası Mərkəzin İşçi qruplarının Hadrutda keçirilən birgə iclasında Qarabağda görülən və görüləcək işlər müzakirə edilib (FOTO)
Bakıda narkotik vasitələrin onlayn yolla satışını həyata keçirən şəxs saxlanılıb (FOTO/VİDEO)
Cari ilin 6 ayı ərzində ölkədə qaz hasilatı və ixracı artıb
Ermənistanın Azərbaycan Ordusu tərəfindən atəş açılması ilə bağlı yaydığı məlumatın heç bir əsası yoxdur - MN
Milli Məclisin İntizam komissiyasının Eldəniz Səlimova görə toplanacağı vaxt açıqlandı
Mövlud Çavuşoğlu Azərbaycan Prezidentinə və xalqına təşəkkür edib
İranda daha 286 nəfər koronavirusdan ölüb
Təkrar MİQ imtahanlarının keçiriləcəyi tarix açıqlandı
Sabunçuda dənizdə batan şəxsin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib
Şabranda şənlik mərasimində pandemiya dövrünün tələbləri kobud şəkildə pozulub
ABADA-nın baş katibinin müavini vəfat edib
Gömrük nəzarətinə bəyan edilməyən zərgərlik məmulatları aşkarlanıb
Polis “KamAZ” akkumulyatorları oğurlayan şəxsləri saxlayıb (FOTO)
Xaricdə təhsil almış məzunlar Ağdama səfər edib (FOTO)
İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Azərbaycan yanğınsöndürənləri qardaş ölkə Türkiyədə yanğınların söndürülməsində iştirak edirlər (VİDEO)
Bakıda ağır yol qəzası: Ölən var
Tokioda gündəlik koronavirusa yoluxma rekordu yenilənir
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Azərbaycan dövləti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyənin yanındadır - Vüqar Rəhimzadə
Siyəzəndə qaydaları pozan şadlıq sarayının rəhbərliyi məsuliyyətə cəlb olunub
"Ceyranları qoruyaq!” ekoloji yay düşərgəsi uğurla başa çatdı (FOTO)
Paytaxtda iməclik keçirilib (FOTO)
İşğaldan azad edilmiş ərazilərin bərpası layihələrinin icrasına mane olmaq mümkün deyil - Naqif Həmzəyev
Ermənistan Azərbaycana qarşı hələ də ərazi iddiaları ilə çıxış edir - Leyla Abdullayeva
Pakistan daim Azərbaycanın yanındadır - Səfir
Türkiyədə meşə yanğınlarından təsirlənən bölgələr fəlakət zonası elan edilib
Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub (FOTO)
Son üç ildə sosial ödənişlər 2,4 milyard manat artıb - Sahil Babayev
Flora Kərimovaya “Şərəf” ordeni və Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Zəngilan və Cəbrayıla vurulmuş zərərlə bağlı araşdırma materialları Baş Prokurorluğa təqdim edilib
Deputat Eldəniz Səlimovun toxunulmazlığının ləğv edilməsi üçün Milli Məclisə təqdimat göndərilib
Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək
Kürdəmirdə 53 yaşlı kişi həmkəndlisi tərəfindən öldürülüb
Azərbaycanda Aİ-98 markalı benzin niyə tapılmır? - Rəsmi AÇIQLAMA
Polisi bıçaqlayan şəxs saxlanılıb
Restoran sahibi 10 gün inzibati həbs edildi (FOTO)
Əlaqələndirmə Qərargahının nəzdində Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Binəqədidə qadın bıçaqlanaraq öldürülüb
Cəlilabadda karantin qaydalarını pozan şadlıq evi 4000 manat cərimələnib
Ötən gün toylarla bağlı qaydaları pozan 84 nəfər cərimələnib, 1 nəfər həbs olunub
Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti qalxdı
Azərbaycanda mehmanxanalardan əsasən bu ölkələrin vətəndaşları istifadə edib
Hacıqabulda saxlanılan şəxslərdən "patı" və heroin aşkarlandı (FOTO)
Ermənistanın yaydığı dezinformasiyalar itkilərini erməni cəmiyyətinin gözündə pərdələməyə hesablanıb - Ekspert
Şirvanda növbəti narkotik əməliyyatı: Daha beş nəfər narkotiklərlə tutuldu (FOTO)
Bakıda 2 otaqlı mənzil yanıb
"Tokio-2020": Boksçumuz Cavid Çələbiyev mübarizəni dayandırıb
Olimpiya Oyunlarında qızıl medal qazanaraq "İnstagram"da məşhur oldu
Gömrükdə qanunsuz keçirməyə cəhd zamanı saxlanılan pulların aqibəti necə olur? - AÇIQLAMA
Bezos dünyanın ən varlı insanı statusunu itirdi
Tokio Olimpiadasında koronavirusa yeni yoluxma halları qeydə alınıb
İsrail polisi ilə toqquşmalarda 270 fələstinli xəsarət alıb
Britaniyalı triatlonçular qarışıq estafetdə ilk Olimpiya çempionu oldular
İraqda neft emalı müəssisəsi raket hücumuna məruz qalıb
İsraildə aktiv koronavirus xəstələrinin sayı 16 mini ötüb
İraqda silahlı hücum nəticəsində 7 nəfər ölüb
Peruda 6,2 bal gücündə zəlzələ olub
Bütün xəbərlər