...

Qırğızıstan Azərbaycandan keçən nəqliyyat dəhlizlərindən istifadədə maraqlıdır - Nazir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 2 İyul 2021 11:57 (UTC +04:00)
Qırğızıstan Azərbaycandan keçən nəqliyyat dəhlizlərindən istifadədə maraqlıdır - Nazir (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Qırğızıstan Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərindən istifadədə maraqlıdır.

Trend-in məlumatına görə, bunu Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev azərbaycanlı həmkarı ilə mətbuat konfransı zamanı deyib.

Nazir bildirib ki, bir çox beynəlxalq məkanda ölkələrin mövqeləri üst-üstə düşür:

"Bizim ikitərəfli siyasi münasibətlərimizdə problemlərimiz yoxdur. Biz xüsusilə BMT, TÜRKPA, MDB və digər beynəlxalq təşkilatlarda əməkdaşlığımızı müzakirə etmişik. Biz Azərbaycanın Qoşulmama Hərəkatında aparıcı rolunu qiymətləndiririk. Bu il hökumətlərarası komissiyanın iclası və XİN-lərarası məşvərətlərin keçirilməsi, Bişkek və Bakı arasında aviareyslərin bərpası barədə razılıq əldə olunub".

R.Kazakbayev əlavə edib ki, Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq üçün istifadə olunmamış potensial mövcuddur:

"Qırğızıstan Azərbaycan investisiyalarının iqtisadi layihələrə cəlb olunmasında və Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərindən istifadədə maraqlıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti