Mustafa Şentopla Ceyhun Bayramov görüş keçirib (FOTO) (ƏLAVƏ OLUNUB)

Mustafa Şentopla Ceyhun Bayramov görüş keçirib (FOTO) (ƏLAVƏ OLUNUB)

Bakı. Elçin Mehdiyev – Trend:

28 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Ceyhun Bayramov qardaş Türkiyə Böyük Millət Məslisinin sədrini səmimiyyətlə salamlayaraq, Azərbaycan Milli Məclisinin sədri, Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri və Türkiyə Böyük Millət Məslisinin sədri arasında ilk üçtərəfli görüşün keçirilməsini böyük tarixi hadisə kimi qiymətləndirib və bu münasibətlə təbriklərini çatdırıb.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop üç qardaş ölkələr arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin həm ölkələrimizin və xalqlarımızın rifahına, həm də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına xidmət etdiyini vurğulayıb. O, parlament diplomatiyası çərçivəsində üç ölkə nümayəndələrinin bir araya gəldiyini məmnunluqla qeyd edib. Mustafa Şentop, həmçinin Azərbaycanın ərazilərini işğaldan azad etməsi ilə bağlı bölgədəki cari vəziyyətə toxunaraq, Azərbaycanın Ermənistan ilə sülh müqaviləsinin imzalanmaq təklifini çox mühüm addım kimi dəyərləndirib. Azərbaycanın humanitar sahədə önəmli addımlar atdığını qeyd edən Türkiyə Böyük Millət Məclisinin sədri, Ermənistan tərəfindən bütün mina xəritələrinin Azərbaycana verilməsinin zəruri olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov, öz növbəsində üç qardaş ölkənin parlament rəhbərlərinin görüşü nəticəsində Bakı Bəyannaməsinin imzalanmasını məmnunluqla qeyd edib. O, bu hadisənin qarşılıqlı əməkdaşlığın daha da inkişafına töhfə verəcəyindən əminlik ifadə edib. Nazir, dövlətlərimiz arasında əlaqələrin xüsusi önəm daşıdığını, bu əlaqələrin geniş və hərtərəfli olduğunu vurğulayıb. 2021-ci ilin yanvarında İslamabadda üç ölkənin xarici işlər nazirlərinin bir araya gədiyini xatırlayan nazir Ceyhun Bayramov ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etməkdə olduğunu qeyd edib. Nazir, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərini və qəbul olunmuş Şuşa Bəyannaməsini tarixi hadisə kimi qiymətləndirib. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsinin başladığı ilk gündən etibarən Türkiyə xalqının, başda Türkiyə Prezidenti olmaqla bütün səviyyələrdə dəstəyini hiss etdiyini və bunun yüksək dəyərləndirildiyi vurğulanıb. Nazir hazırda Türkiyənin bölgədə sülhün təmin edilməsi istiqamətində tam dəstəyini hiss etdiyimizi və bunu alqışladığımızı qarşı tərəfin diqqətinə çatdırıb.

Görüş zamanı tərəflər, eyni zamanda Azərbaycan və Türkiyə arasında ikitərəfli əməkdaşlıq münasibətlərin gündəliyi üzrə, o cümlədən parlament əməkdaşlığı istiqamətində, habelə regional təhlükəsizlik mövzuları ətrafında geniş fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin çoxtərəfli platformalarda və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.

Ağdam Cümə məscidində şəhidlərin xatirəsi yad edilib (FOTO/VİDEO)
Ağdam Cümə məscidində şəhidlərin xatirəsi yad edilib (FOTO/VİDEO)
Üçrəngli bayrağımızla bəzənən Bakıda möhtəşəm görüntülər (FOTO)
Üçrəngli bayrağımızla bəzənən Bakıda möhtəşəm görüntülər (FOTO)
Anım Günündə ölkəmizdəki məscid, kilsə və sinaqoqlarda şəhidlərin ruhuna dualar oxunur (FOTO)
Anım Günündə ölkəmizdəki məscid, kilsə və sinaqoqlarda şəhidlərin ruhuna dualar oxunur (FOTO)
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyev: Bu gün Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməli qoyulacaq
Müdafiə Nazirliyi Anım Günü ilə əlaqədar videoçarx hazırlayıb
Prezident İlham Əliyev: Düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksün və kapitulyasiya aktına imza atsın
Prezident İlham Əliyevin xalqa müraciəti Ağdam Cümə məscidinin qarşısında dinlənilib (FOTO)
Prezident İlham Əliyev: Ermənistanda tüğyan edən azərbaycanofobiya, islamofobiya psixi xəstəlik dərəcəsinə çatmışdır
Prezident İlham Əliyev: 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir
Ombudsman Vətən Müharibəsinin başlanmasının ildönümü ilə bağlı bəyanat verib
Prezident İlham Əliyev: Əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin
Prezident İlham Əliyev: Erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir
Prezident İlham Əliyev: Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – öldü var, döndü yoxdur
Ümid edirik ki, Qarabağ tezliklə rifah və inkişaf regionuna çevriləcək - Beynəlxalq Ekstremal Səyahətçilər Konqresinin prezidenti
Prezident İlham Əliyev: Azərbaycan Ordusu ikinci Qarabağ müharibəsində tam Qələbə qazanmışdır
Prezident İlham Əliyev: Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq
DTX Anım Günü ilə bağlı vodeoçarx hazırlayıb
Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciət edib (YENİLƏNİB)
Ağdam Cümə məscidində şəhidlərin xatirəsi yad edilib (FOTO/VİDEO)
Bu gün dəmir yumruğun endiyi gündür - Cahit Bağçı
Üçrəngli bayrağımızla bəzənən Bakıda möhtəşəm görüntülər (FOTO)
Vətən müharibəsindəki qələbə qəhrəman şəhidlərimizin qanı bahasına əldə olundu - QMİ sədri
Anım Günündə ölkəmizdəki məscid, kilsə və sinaqoqlarda şəhidlərin ruhuna dualar oxunur (FOTO)
Təzəpir məscidində Anım Günü ilə bağlı mərasim keçirilib
Bakıda səkkiz mağaza yanıb
Bu gün saat 12:00-da ölkə ərazisində yollarda hərəkət dayandırılacaq
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Qazaxıstanda koronavirusa daha 1 878 nəfər yoluxub
XİN Anım Günü ilə bağlı bəyanat yayıb
Türk Şurası və türk dünyası 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycanın yanında olub - Bağdad Amreyev
İkinci Qarabağ müharibəsində qələbə Azərbaycanı dünyanın aparıcı dövlətləri sırasına çıxardı - İqor Korotçenko
Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan dövlətinin tarixinə həkk olunmuş igid oğullar böyüdüb tərbiyə etmiş valideynlərə təşəkkürümü bildirirəm (FOTO)
Möhtəşəm Zəfərə aparan şanlı 44 gün (VİDEO)
Almaniya Sosial Demokrat Partiyası parlament seçkilərində qalib gəlib
Roli şəhərinin Kapitol binası qarşısında Vətən müharibəsi şəhidləri yad edilib (FOTO)
Almaniyadakı seçkilərin ilkin nəticələri Baydeni təəccübləndirib
Filippində 5,7 bal gücündə zəlzələ olub
İsraildə aktiv koronavirus xəstələrinin sayı 63 minə düşüb
Strasburqda AŞPA-nın payız sessiyası açılır
Almaniyada seçkilərin ilkin rəsmi nəticələri açıqlandı
Britaniyada koronavirusa 32 mindən çox yeni yoluxma halı qeydə alınıb
Kamçatkada 4,6 bal gücündə zəlzələ olub
"Pfizer"in rəhbəri pandemiyanın bitməsinə gətirib çıxaracaq şərtləri açıqladı
İtaliya A Seriyası: "Latsio" öz meydanında "Roma"ya qalib gəldi
Nant şəhərindəki “Qarabağ” məktəbində Anım Günündən bəhs edilib (FOTO)
Dağıstanda ağır yol qəzası olub, ölənlər və yaralananlar var
Qələbəyə 44 gün qalmış: Azərbaycan erməni təcavüzünün qurbanlarını yad edir
Gürcüstanda zəlzələ olub
30 ilə yaxın bir zaman ərzində Azərbaycan strateji hədəflərinə doğru addım-addım irəliləyib - Elçin Mirzəbəyli
Yeni tikililərin əksəriyyətində nə üçün mərkəzi istilik sistemi yoxdur? - AÇIQLAMA
Türkiyədə son sutkada koronavirusdan 24 875 nəfər sağalıb
İngiltərə Premyer Liqası: "Arsenal" "Tottenhem"i məğlub etdi
Hemilton Rusiya Qran Prisinin qalibi oldu
Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar paylaşım edib (FOTO)
Helsinki şəhərində Anım Günü ilə əlaqədar aksiya keçirilib (FOTO)
27 sentyabrla başlayan qələbə yolumuz bütövlükdə regionun mənzərəsini dəyişdirdi - Deputat
Zaqrebdə keçirilən Qran-Pri turnirində komandamız ikinci qızıl medalını qazanıb
Azərbaycan əsgərləri ikinci Qarabağ müharibəsi zamanı böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirib - Metyu Brayza
FHN Bakıda bəzi ərazilərin su basması ilə bağlı məlumat yayıb
Saatlıda mağazada yanğın olub
Hərbi təyyarəçilərimiz “Texnofest-2021” festivalında növbəti uçuşu nümayiş etdiriblər (FOTO)
Eşq olsun cənab Prezident İlham Əliyevə, eşq olsun Azərbaycanın qəhrəman əsgərlərinə və şanlı millətinə! - Yalçın Topçu (FOTO/VİDEO)
Suriyanın şimalında 6 PKK terroçusu zərərsizləşdirilib
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 680 nəfər COVID-19-dan sağalıb, 1 029 nəfər yoluxub
İranda ötən sutkada 288 nəfər koronavirusdan ölüb
Xəzər dənizində dalğanın hündürlüyü 4,6 metrə çatıb
Rezidenturaya qəbul imtahanı başa çatıb
Azərbaycan ordusunun gücü və Prezident İlham Əliyevin iradəsi nəticəsində torpaqlar işğaldan azad edildi - Cahit Bağcı (FOTO/VİDEO)
Bərdədə kanalda batan gəncin meyiti tapılıb
Ağdamlılar növbəti dəfə doğma yurdlarəna səfər ediblər (FOTO)
Sabah Bakıda bir dəqiqəlik sükut elan ediləcək
Qusarda karantin qaydalarını pozan çay evi aşkarlandı
Bakıda bəzi fərdi evlər və həyətyanı sahələri su basıb
Ötən gün ölkədə 40 yanğın olub
Sabah hər kəs eyvanından bayraq assın
Vətən müharibəsi şəhidlərinin xatirəsi İstanbulda anılıb (FOTO)
Kəlbəcərə icazəsiz keçmək istəyənlər saxlanılıb
Sabah hava necə olacaq?
Dövlət Komitəsinin əməkdaşları İnquşetiya Respublikasına səfər ediblər (FOTO)
Prezident İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciət edəcək
Stokholmda şəhidlərimiz yad edilib
Gimnastımız Macarıstanda keçirilən Qran Pridə qızıl medal qazanıb
Salyanda oğurluq edən şəxs saxlanılıb
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib (VİDEO)
44 gün davam edən Vətən müharibəsində Azərbaycan ordusunun, xalqının gücü sayəsində qələbə qazanıldı - Türkiyəli hərbi ekspert
Almaniyada parlament seçkiləri başlayıb
Bu gün rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçirilir
Qəbələdə irigövdəli ağacın aşması insanların gediş-gəlişinə manə yaradıb
Saatlıda mağaza yanıb
Britaniya 10 min xarici işçini ölkəyə dəvət edir
Qazaxıstanda koronavirusa daha 2 192 nəfər yoluxub
Dünyada qaz qiymətlərinin artacağı proqnozlaşdırılır
Fransa digər ölkələrə göndəriləcək peyvəndlərin sayını artıracaq
Atlantikada "Sem" qasırğası 4-cü kateqoriyaya yüksəlib
Ukraynalı boksçu IBF, WBA, WBO, IBO versiyaları üzrə dünya çempionu oldu
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ABŞ-ın düşüncə mərkəzləri ilə əməkdaşlığı genişləndirir (FOTO)
Almaniyada parlament seçkiləri keçirilir
BMT-nin baş katibi Azərbaycanın diplomatik səylərini yüksək qiymətləndirib (ƏLAVƏ OLUNUB)
Dünyada koronavirusa yoluxanların sayı 232 milyonu ötüb
İsrail İraqla münasibətlərin qurulmasını dəstəkləyir - Baş nazir
BMT-nin baş qərargahı önündə Anım Gününə həsr olunmuş aksiya keçirilib (FOTO)
Bütün xəbərlər