...

Nizami Gəncəvinin dünya irsinə töhfəsi mövzusunda onlayn konfrans keçirilib (VİDEO)

Siyasət Materials 2 Sentyabr 2021 14:56 (UTC +04:00)
Nizami Gəncəvinin dünya irsinə töhfəsi mövzusunda onlayn konfrans keçirilib  (VİDEO)

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi "Nizami Gəncəvinin 880 illiyi və onun dünya irsinə töhfəsi" mövzusunda onlayn konfrans keçirib.

Qeyd edək ki, bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi qeyd olunur.

Trend-in məlumatına görə, tədbirdə Milli Məclisin deputatı Sevil Mikayılova, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayədarlar Şurasının həmsədri, İsgəndəriyyə kitabxanasının sabiq direktoru, 1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti İsmail Serageldin, Kembric Universitetinin Asiya və Yaxın Şərq araşdırmaları fakültəsinin Darvin kollecinin elmi işçisi və rəhbəri Kristin van Ruymbeke iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti