...

Birinci vitse-prezident Mehriban Əliyeva Tokio 2020 Yay Paralimpiya Oyunlarında 3-cü qızıl medalını qazanan idmançımızı təbrik edib (FOTO)

Siyasət Materials 3 Sentyabr 2021 19:09 (UTC +04:00)
Birinci vitse-prezident Mehriban Əliyeva Tokio 2020 Yay Paralimpiya Oyunlarında 3-cü qızıl medalını qazanan idmançımızı təbrik edib (FOTO)

Bakı. Trend:

Birinci vitse-prezident Mehriban Əliyeva Tokio 2020 Yay Paralimpiya Oyunlarında üçüncü qızıl medalını qazanan azərbaycanlı idmançı Raman Salehi təbrik edib.

Trend-in məlumatına görə, Birinci vitse-prezident bununla bağlı "İnstagram" hesabında paylaşım edib. Paylaşımda deyilir:

""Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycanın qızıl medallarının sayı 12-yə çatdı! Paralimpiyaçımız Raman Salehi 3-cü medalını qazanması münasibətilə təbrik edirəm! Azərbaycanı Paralimpiadada layiqincə təmsil edən milli yığmamıza səmimi-qəlbdən təşəkkür edir, bütün idmançılarımıza yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti