Bakı. Humay Ağacanova - Trend:
Türkiyə kimi bir qardaşımızın yanımızda olması bizə güc verir.
Trend-in məlumatına görə, bunu müdafiə naziri Zakir Həsənov Konyada "TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, ikinci Qarabağ müharibəsi zamanı Türkiyə Azərbaycana siyasi, mənəvi və diplomatik dəstək göstərdi:
"Türkiyə siyasi, hərbi rəhbərliyinin bəyanatları Türkiyənin daima Azərbaycanın yanında olduğunu Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu bütün dünyaya göstərdi".