...

Ceyhun Bayramov və Mədət Quliyev Serbiya-Azərbaycan matçını izləyiblər

Siyasət Materials 13 Oktyabr 2021 03:30 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və müdafiə dənayesi naziri Mədət Quliyev futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasının Serbiya yığması ilə səfər oyununu canlı izləyiblər.

Trend-in məlumatına görə, bu barədə özünün "Twitter" səhifəsində Serbiyanın gənclər və idman naziri Vanya Udoviçiç yazıb.

Qeyd edək ki, Serbiya - Azərbaycan oyunu meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti