...

Qazaxıstan Xəzər dənizi ilə bağlı sənədi ratifikasiya edib

Siyasət Materials 23 Oktyabr 2021 10:11 (UTC +04:00)
Qazaxıstan Xəzər dənizi ilə bağlı sənədi ratifikasiya edib

Trend-i buradan izləyin

Bakı. Orxan Nəbiyev - Trend:

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasına Bioloji müxtəlifliyin mühafizəsinə dair əlavə protokolun ratifikasiyası barədə qanunu imzalayıb.

Trend-in məlumatına görə, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat verib.

Qeyd edək ki, protokol 2014-cü ilin mayında Xəzəryanı ölkələr tərəfindən Aşqabadda imzalanıb. Sənədin məqsədi Xəzər dənizinin bioloji müxtəlifliyinin, ekosisteminin mühafizəsi və bioloji ehtiyatların dayanıqlı istifadəsinin təmin olunmasıdır.

"Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyası (Tehran Konvensiyası) 2003-cü il noyabrın 4-də imzalanıb və 2006-cı il avqustun 12-də qüvvəyə minib.

Azərbaycan Konvensiyanı 2006-cı ilin aprelində ratifikasiya edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti