...

Londonda Vətən müharibəsinin ildönümünə həsr olunmuş tədbir keçiriləcək

Siyasət Materials 23 Oktyabr 2021 14:11 (UTC +04:00)
Londonda Vətən müharibəsinin ildönümünə həsr olunmuş tədbir keçiriləcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Oktyabrın 24-də Böyük Britaniya Birləşmiş Krallığının paytaxtı Londonda 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsinin birinci ildönümünə həsr olunmuş bayram tədbiri keçiriləcək.

Parlamentdən Trend-ə verilən məlumata görə, tədbirdə Milli Məclisin adından Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev iştirak edəcək.

Keçiriləcək aksiyada Böyük Britaniyadakı azərbaycanlı icmasının üzvləri, diplomatik korpusun nümayəndələri və Birləşmiş Krallığın deputatlarının iştirakı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti